Məhkəmə qərarları › İş №3(039)-315/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-315/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-315/2021 09.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri “Dədə Qorqud” parkında karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis X3 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri “Dədə Qorqud” parkında tibbi maskasız olduğu üçün polis əməkdaşları ona yaxınlaşaraq maskadan istifadə etməsi üçün profilaktik söhbət apararaq maska taxmasını tələb etmişlər. Lakin Şəxs polis əməkdaşlarına maska taxmayacağını bildirərək səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri “Dədə Qorqud” parkında olarkən polis əməkdaşları ona yaxınlaşaraq tibbi maskadan istifadə etməsini bildirmişdilər. O, polis əməkdaşlarına siqaret çəkdiyini bildirərək getmişdir. Təkrarən həmin parkın ərazisindən qayıdan zaman o, maskasız olduğu üçün həmin polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə getməyi bildirdikdə o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 izahatında bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində post yoldaçı Mirrəhim Rəhimli ilə Yevlax şəhəri “Dədə Qorqud” parkında xidmətdə olarkən bir nəfər vətəndaşın karantin qaydalarını pozaraq tibbi maskasız olduğunu görüb ona yaxınlaşaraq maskadan istifadə etməsi üçün profilaktik söhbət apararaq maska taxmasını tələb etmişlər. Lakin Şəxs polis əməkdaşlarına maska taxmayacağını bildirərək səs-küy salaraq onların tələbinə tabe olmamışdır. Onlar vətəndaşı nizam-intizama dəvət etmələrinə baxmayaraq vətəndaş onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri “Dədə Qorqud” parkında karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını(İXM 32.1.1) və ağırlaşdıran müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar