Məhkəmə qərarları › İş №3(039)-318/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-318/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-318/2022 28.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.B.Zərdabi küçəsi ev 90. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2021 №-li, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, 10720 manat məbləğində yaranmış borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Qorxmaz Əsgərov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2021 №-li, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 500 manat dəyərində çəkisi 5 qram olan 585 əyarlı qızıl sırğa, 1000 manat dəyərində çəkisi 8,6 qram olan 880 əyarlı qızıl onluq, 260 manat dəyərində çəkisi 3 qram olan 585 əyarlı qızıl üzük, 650 manat dəyərində çəkisi 4,2 qram olan 585 əyarlı qızıl qolbağ, 2500 manat dəyərində çəkisi 18 qram olan 750 əyarlı komplekt fantaziya(sırğa və üzük dəsti), 430 manat dəyərində çəkisi 3,40 qram olan 585 əyarlı qızıl qolbağ, 500 manat dəyərində çəkisi 4 qram olan 585 əyarlı qızıl üzük, 2800 manat dəyərində çəkisi 40 qram olan 585 əyarlı qızıl qolbağ, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri, 7000 (yeddi min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, vəkil üçün ödənilmiş 100 (bir yüz manat) manat, əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 250 (iki yüz əlli) manat borclu Şəxs alınıb tələbkar X4 verilməlidir. Yaranmış 10720 manat məbləğində borcunun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, 01 aprel 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay borc qurtarana qədər hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2021 №-li, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10720 manat məbləğində borcu yaranmışdır. Hazırda borclu Şəxs ona 3000 (üç min) manat məbləğində ödəniş etmişdir. Nəzərə alınmasını xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2021 №-li, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən onun 10720 manat məbləğində borcu yaranmışdır. Hazırda tələbkar Nəzrin İsmayılovanın xeyrinə 3000 (üç min) manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə hissə ödəyəcəkdir. Bu səbəbdən hazırkı, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə böyük icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Qorxmaz Əsgərovun, tələbkar Nəzrin İsmayılovanın və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar