Məhkəmə qərarları › İş №3(039)-322/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-322/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-322/2022 07.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X5 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Zərər çəkmiş şəxslər X3 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Yevlax şəhəri İ.Dəmirov küçəsi ev 4B, mənzil 4-də yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, Şəxs 11 mart 2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti 31-də yerləşən binadan 1 ədəd su matoru, 20 mart 2022-ci il tarixdə Yevlax şəhəri Q.Quliyev küçəsi 24/2-də yaşayan X20 məxsus evdən su sayğacını,25 mart 2022-ci il tarixdə Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 113-dən 1 ədəd 80 manat dəyərində su matorunu, 25 mart 2022-ci il tarixdə Yevlax şəhəri Q.Quliyev küçəsində yaşayan X1 yaşadığı evdən 1 ədə su matorunu və 25 mart 2022-ci il tarixdə ünvan 3-də yaşayan X7 məxsus 1 ədəd su matorunu oğurlamıdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı İlqar MəmmədrzayevYevlax şəhəri Nizami prospekti 31/5-də yaşayan X8 12 mart 2022ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus olan 1 ədə su matorunun oğurlanması barədə məlumat vermiş, Yevlax şəhəri Nizami prospekti ev 39A, mənzil 8də yaşayan X24 22 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-zəng mərkəzi sisteminə müraciət edərək, yaşadığı evin girəcəyində yerləşən su sayğacının oğurlanması barədə məlumat vermiş, Yevlax şəhəri Kür küçəsi ev 76-da yaşayan X16 25 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşayış olmayan ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən 1 ədəd su qızdırıcısının oğurlanması barədə məlumat vermiş, ünvan 2 ünvanında yaşayan X4 25 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin blokundan su matorunun ourlanması barədə məlumat vermiş və ünvan 3 ünvanında yaşayan X15 25 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin blokundan su matorunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X10 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X11 21 mart 2022-ci il tarixli və 01 aprel 2022-ci il tarixli qərarları ilə toplanmış material üzrə törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis X5 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalara görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, quşçuluqda parnikdə işləyir. Ali təhsillidir. Qeyri rəsmi nikahdadır və bir övladı var. Əvvəllər idmanla məşğul olub və cüdo üzrə Avropa mükafatçısıdır. Müxtəlif vaxtlarda, yəni 20 mart 2022-ci il və 25 mart 2022-ci il tarixlərdə müxtəlif evlərdən su sayğacları və su matorları oğurlamışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Oğurluq etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Oğurladığı əşyaların qiymətləri düzgün qeyd edilməmişdir. Əməlindən səmimi olaraq peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 izahatında bildirdi ki, Şəxs ona məxsus olan evdən 1 ədəd su matorunu oğurlamışdır. Bu barədə Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. Ona 40 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 izahatında bildirdi ki, Şəxs ona məxsus olan evin blokundan 1 ədəd su matorunu oğurlamışdır. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Ona 150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxslər X24, X16 və X15 ilə əlaqə saxlanılmış və onlar, məhkəmə icalsına gələ bilməyəcəklərini, onlara dəymiş ziyanın bu günə kimi ödənilmədiyini bildirmişlər. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir 02 aprel 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 02 aprel 2022-ci il tarixdə saat 17:00-dan inzibati qaydada tutulmuşdur. Yevlax Rayon Məhkəməsinin 3(039)-338/2022 №-li, 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Yevlax Şəhəri, İ.Dəmirov küçəsi, ev 4B, mənzil 4-də qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respubilkası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Zərəz çəkmiş şəxslər X20, X6, X13, X9 və X12 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək 2 (iki) gün müddətində tutulması nəzərə alınaraq 01 (bir) ay müddətinə inzibati tutmanın əvvəli 05 aprel 2022-ci il tarixdən saat 16:00-dan hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar