Məhkəmə qərarları › İş №3(039)-325/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-325/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-325/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X21 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu İmanbinəsi kəndində qeydiyyatda olan və Yevlax şəhəri İnternat məktəbində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis X7 təhqiqatçısı X3 xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X17 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri İnternat məktəbi adlanan yerdə X6 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X17 bildirdi ki, xx.xx.2023-cü il tarixdə X4 şikayəti əsasında araşdırma aparılmış, nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, X6 digər məhəllədə yaşayan qonşu kimi tanıyır. Əvvəllər onun ailəsi ilə Cəmilə arasında bir neçə dəfə mübahisələri olmuş, buna görə də Cəmiləni və onun qohumlarını gördükdə hər zaman onlardan kənar gəzmişdir. O, həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində o, işdən evə gəlib nahar etdikdən sonra saat 16:00 radələrində tanışları ilə birlikdə İnternat məktəbin yaxınlığında yerləşən kafeyə getmiş və axşam saat 21:00 radələrinə kimi “domino” oynamışlar. xx.xx.2023-cü il tarixdə o, Cəmiləni görməmiş, onunla mübahisə etməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Bunu təsdiqləyəcək şahidləri vardır, onların dinlənilməsini xahiş edərək məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, Yevlax şəhəri köhnə internat məktəbində məskunlaşıb qonşuluqda yaşayan Şəxs və onun arvadı Gülnarə tərəfindən döyülməsi ilə bağlı şikayətlər etmiş, əvəllərdə Şəxs ilə aralarında mübahisələrinin olmuş, sonuncu dəfə isə 2023-cü il aprel ayının 17-də saat təxminən 18:30 radələrində oğlunu mağazaya göndərmiş, uşaq gec qayıtdığına görə narahat olaraq evlərindən çıxaraq köhnə internat məktəbinin həyətində oğlunu gözləyərkən həmin məktəbdə yaşayan Şəxs və onun həyat yoldaşı X14 onu görərək özü və oğlunun ünvanına nəyaliq sözlər desə də onlara fikir verməyərək öz evinə qayıtmışdır. O, həmçinin bildirmişdir, ki evinin həyətinə daxil olduqdan qapılarının döyüldüyünü eşitmiş, səs-küy gəldiyinə görə qapıya tərəf yaxınlaşaraq qapını açdıqda isə Gülnarənin və həyat yoldaşı Muradın qapının ağzında dayanmalarını görmüş, aralarında mübahisənin yarandığından mübahisə zamanı həm Gülnarə Əşrəfova həmdə həyat yoldaşı Şəxs onun bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşlər. Bundan əlavə sonuncular öz evninin həyətində onu yerdə sürümüş və bundan sonra döyülməsi ilə bağlı dərhal polisə məlumat vermişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, o, Murad ilə dostdur. xx.xx.2023-cü il tarixdə hər gün etdikləri kimi günorta saat 15:00 radələrində nahar etdikdən sonra İnternat məktəbinin yaxınlığında yerləşən kafeyə dostları ilə “domino” oynamaq üçün getmişdir. Həmin gün kafedə o, Zamin Abbasov, Ruslan Yusubov , Vüsal Bərxudarlı və Murad olmuşlar. Kafeyə ilk olaraq o, Zamin və Ruslan getmişlər, saat 16:00 radələrində isə Murad və Vüsal gəlmişdilər. Onlar hər gün olduğu kimi axşam saat 21:00 radələrinə kimi “domino” oynadıqdan sonra hərəsi öz yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrindən axşam 21:00 radələrinə kimi Murad o və digər tanışları olan şəxslərlə birlikdə kafedə “domino” oynamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X18 və X13 şahid X8 izahatına uyğun izahat verdilər. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs hadisə baş verən günü dostları ilə kafedə “domino” oynamışdır, bu hal isə onun zərərçəkmiş şəxsə xəsarət yetirməməsini dəlalət edir. Qeyd olunanları nəzərə alıb barəsində olan matrialın icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri İnternat məktəbi adlanan yerdə X6 döyüb xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, üçün qərarın surətinin Yevlax rayon X21 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 almış olduğu xəsarətlərin ağırlıq dərəcələrini müəyyən etmək üçün o, MTEdan keçirilmiş, “MTE və PA Birliyi”-nin xx.xx.2023-cü il tarixli 188 №-rəyi ilə X4 bədənində aşkar edilmiş xəsarətlərdən-sol gözaltı nahiyyənin qançırı, əngə nahiyyəsinin şişkinliyi, sağ bazunun sıynğı, alt dodağm selikli qişasının qançırı küt alətin əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs X6 döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsas götürərək Şəxs X6 döyməsini bildirərək bu halı ekspert rəyi ilə əsaslandırsa da, ekspert rəyində X4 həmin xəsarətləri özü-özünə yetirməsinin mümkün olub-olmaması, habelə həmin xəsarətlərin hansı şəraitdə yarana biləcəyi barədə heç bir məlumat əlavə edilməmiş, bundan başqa iş üzrə dindirilmiş şahidlər də Muradın zərərçəkmiş şəxsin döyülməsi istinad edilən vaxtı kafedə onlarla birgə “domino” oynadığını bildirmişlər. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir, habelə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-nin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 10 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X5 ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar