Məhkəmə qərarları › İş №3(039)-326/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-326/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-326/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Kəlbəcər rayonu İmanbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu İmanbinəsi kəndində qeydiyyatda olan və Yevlax şəhəri İnternat məktəbində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis X7 təhqiqatçısı X3 xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri İnternat məktəbi adlanan yerdə X6 döyüb xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 bildirdi ki, xx.xx.2023-cü il tarixdə X4 şikayəti əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, X6 digər məhəllədə yaşayan qonşu kimi tanıyır. Əvvəllər onun ailəsi ilə Cəmilə arasında bir neçə dəfə mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə Cəmilənin qızının ona poçt vasitəsi ilə gələn zərfi açması səbəbindən aralarında sözlə mübahisələri olmuş, daha sonra isə çıxıb evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəmilə onun və ərinin barəsində guya onu döymələri barədə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə o, Cəmiləyə hər hansı bir xəsarət yetirməmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində yaşadığı evin arxasında olan İnternat məktəbinin həyətinə keçib orada yaşayan Xatirənin qızı Banunu ona çörək və kartof alması üçün göndərmiş, özü isə həmin müddətdə Xatirənin yanında qalıb onunla söhbət etmişdir. Bir müddət sonra Banu əlində məktubla gəlmiş və həmin məktubu ona poçtalyonun verdiyini bildirmiş, Xatirə həmin məktubun ona gəldiyini zənn edərək ondan həmin məktubu açıb oxumasını xahiş etmiş, məktubu oxuyanda isə məktubun internat məktəbində yaşayan Qətibə kimi tanıdığı Gülnarə adlı qadına gəldiyini görmüşdür. Qətibənin həmin vaxt ikinci mərtəbədən digər qonşu ilə söhbət etdiyini görüb Qətibəyə onu Şəki Ağır Cinayətlər Məhkəməsinə çağırdıqlarını, bu səbəbdən oraya getməsinin yaxşı olduğunu, əks halda onun barəsində məcburi gətirmə verə biləcəyini bildirmişdir. Qətibə isə heç kimin onu zorla heç hara apara bilməyəcəyini deyərək dövlət qurumlarını söyüb təhqir etmişdir. Həmin vaxt onlar sözlə mübahisə etmişlər və o, çıxıb evlərinə getmiş. Təxminən 10-15 dəqiqə sonra Qətibə həyat yoldaşı Muradla onlara gəlmiş və ona ünvanlanmış məktubu açıb oxuduğu üçün onu nalayiq söyüşlərlə söyüb təhqir edərək üstünə hücum etmiş, saçından tutub yolmuş. Sonra yerə yıxıb əli və təpiyi ilə onu döyməyə başlamışdır. Murad isə həmin vaxt evə girib onun telefonunu götürmək istəmişdir. O, həmin vaxt qışqırmağa başlamış və onlar qaçıb getmişlər. O, da bundan sonra 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəmilli Murad Mətləb oğlu izahatında göstərdi ki, o, Şəxs əridir. Onun və Gülnarənin tərəfindən Cəmiləyə heç bir xəsarət yetirilməmişdir, Cəmilə ilə ailələri arasında əvvəllər də yaşanmış mübahisələr səbəbindən sonuncu onun və arvadının barəsində qərəzli və yanlış şikayətlər etməkdə davam edir. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs Cəmilə Kərimovanı döyməsi faktını sübut edəcək heç dəlil olmadığı üçün barəsində olan matrialın icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri İnternat məktəbi adlanan yerdə X6 döyüb xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, üçün qərarın surətinin Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 almış olduğu xəsarətlərin ağırlıq dərəcələrini müəyyən etmək üçün o, MTE-dan keçirilmiş, “MTE və PA Birliyi”-nin xx.xx.2023-cü il tarixli 144 №-rəyi ilə X4 bədənində aşkar edilmiş xəsrət - sol bazunun və sağ baldırın yan səthinin, hər iki budun orta 1/3-nin ön səthinin çoxsaylı qançırları əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixdə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs oğlunun barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs X6 döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsas götürərək Şəxs X6 döyməsini bildirsə də, bu halı yalnız ekspert rəyi ilə əsaslandırmışdır. Lakin ekspert rəyində X4 həmin xəsarətləri özüözünə yetirməsinin mümkün olub-olmaması barədə heç bir məlumat əlavə edilməmişdir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 10 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X5 ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar