Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-327/2022 04.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 88-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 03 aprel 2022-ci il tarixdə saat 21:00-da Yevlax şəhəri C.Cabbarlı küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 03 aprel 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Elçin Məmmədov polis nəfəri, polis kiçik serjantı Neymət Nağıyevlə birlikdə xidmətdə olan zaman Yevlax rayonu C.Cabbarlı küçəsində bir nəfər vətəndaşın özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış, özlərini təqdim edərək həmin şəxsin şəxsiyyətini portal vasitəsi ilə yoxlamaq istəyərkən o, polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, məcburi qaydada rayon polis şöbəsinə gətirilmiş və polis nəfəri, polis kiçik serjantı Elçin Məmmədov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 03 aprel 2022-ci il tarixdə Yevlax şəhərində tanıdığı taksiyə əyləşib yaşadığı evə getmiş, evlərinin qarşısında sürücüyə pul verə bilmədiyindən taksi sürücüsü bu barədə atasına narazılığını bildirmişdir. O, Yevlax şəhəri C.Cabbarlı küçəsində hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşdıqda o, qorxaraq həmin yerdən uzaqlaşmaq istəyərkən onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 03 aprel 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində polis nəfəri, polis kiçik serjantı Neymət Nağıyevlə birlikdə xidmətdə olan zaman səs-küy eşitmiş və həmin yerə getmişlər. Orada yaşlı bir kişinin ucadan qışqıraraq bir nəfər şəxsin oğluna pul verməli olduğunu bildirmiş, həmin vaxt bir nəfər şəxsin oradan qaçdığını görmüşdür. Yaşlı kişi qaçan şəxsin oğluna pul verməli olduğunu bildirdiyinə görə həmin şəxsi saxlayaraq məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 03 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 03 aprel 2022-ci il tarixdə saat 21:30-dan inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi; Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 03 aprel 2022-ci il tarixdən saat 21:30-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-327/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-327/2022
04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver