Məhkəmə qərarları › İş №3(039)-33/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-33/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-33/2021 14.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri Koroğlu küçəsi ev 57 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 10:40-da Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 oğlu çıxış edərək bildirmişdir ki, Şəxs 2020-ci ilin aprel ayında karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuş və həmin cəriməni ödəmədiyi üçün xx.xx.2021-ci il tarixdə rayon polis şöbəsinə dəvət olunaraq həmin cəriməni ödəməsini ondan tələb etmişlər. Şəxs polis əməkdaşına həmin cəriməni xx.xx.2021-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Lakin xx.xx.2021-ci il tarixdə saat 10:40-da rayon polis şöbəsinin qarşısına gələrək “mən əsassız cərimə olunmuşam, mənə aprel ayında xəbərdarlıq olmuşdur, siz mənim barəmdə saxta protokol yazmısız” kimi sözlər deyərək səs-küy salmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, 2020-ci ilin aprel ayında rəsmi portalda icazəsinin olmasına baxmayaraq əsassız olaraq Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduğu üçün rayon polis şöbəsinə aparılmışdır və ona şöbədə xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilərək sərbəst buraxılmışdır. Lakin həmin hadisədən uzun müddət keçməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə rayon polis əməkdaşları ona cərimə olunduğunu və cərimənin xx.xx.2021-ci il tarixədək ödənilməsini bildirmişdilər. xx.xx.2021-ci il tarixdə o, təkrarən rayon polis şöbəsinə gələrək cərimə olunmasından məlumatsız olduğunu, dərhal həmin cəriməni ödəməyə maddi imkanın olmamasını bildirmişdir. O, polis şöbəsində olarkən polisin heç bir tələbinə qarşı etiraz etməmiş, əksinə mart ayına qədər cəriməni ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X2 izahatında bildirmişdir ki, Şəxs 2020-ci ilin aprel ayında karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuş və həmin cəriməni ödəmədiyi üçün xx.xx.2021-ci il tarixdə ona cəriməni ödəməsi barədə xəbərdarlıq edilmişdir. Şəxs polis əməkdaşına həmin cəriməni xx.xx.2021-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Lakin xx.xx.2021-ci il tarixdə saat 10:40-da rayon polis şöbəsinin qarşısına gələrək “mən əsassız cərimə olunmuşam, mənə aprel ayında xəbərdarlıq olmuşdur, siz mənim barəmdə saxta protokol tərtib etmişiniz, hazırda pulum yoxdur, necə ödəyim” sözləri deyərək səs-küy saldığını görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etdim. Lakin o, öz qanunsuz əməllərini davam etdirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 10:40-da Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxx 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatıdan xx xxxxxx 2021-ci il tarixdə Şəxs polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində “mən əsassız cərimə olunmuşam, mənə aprel ayında xəbərdarlıq olmuşdur, siz mənim barəmdə saxta protokol tərtib etmisiniz və sair” sözləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş polisin qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar