Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-331/2022 18.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X7 Yol X5 Avtomobil Müfəttişi, polis baş leytenantı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 05.01.2022-ci ildə Yevlax rayonu, Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatında olan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 01 aprel 2022-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 mart 2022-ci il tarixdə saat 13:15-də idarə etdiyi “QAZ 33021” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtombili ilə Xalda-Mingəçevir yolunun Yevlax rayonu Gülövşə kəndi ərazisindən keçən hissəsində yol ayrımı qaydasını pozaraq “VAZ 21144” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X7 Yol X5 Avtomobil X1 çıxış edərək bildirmişdir ki, Şəxs 22 mart 2022-ci il tarixdə saat 13:15-də idarə etdiyi “QAZ 33021” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtombili ilə Xalda-Mingəçevir yolunun Yevlax rayonu Gülövşə kəndi ərazisindən keçən hissəsində yol ayrımı qaydasını pozaraq “VAZ 21144” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışlar. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, əməlindən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında çıxış edərək, Şəxs şikayətinin olmadığını və onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında çıxış edərək, Şəxs şikayətinin olmadığını və onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: 01 aprel 2022-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 mart 2022-ci il tarixdə saat 13:15-də idarə etdiyi “QAZ 33021” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtombili ilə Xalda-Mingəçevir yolunun Yevlax rayonu Gülövşə kəndi ərazisindən keçən hissəsində yol ayrımı qaydasını pozaraq “VAZ 21144” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışlar; cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X7 Yol mPolis Bölməsinə göndərilməsi qərara alınmışdır. İ-4893 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə Şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Müharibə iştirakçısıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərəçəkmiş şəxslərlə barışmasını (İXM 32.2) ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-331/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-331/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver