Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-331/2023 13.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Yevlax Q.Əşrəfbəy küçəsində binanın qarşısında ictimai yerdə söyüş söyərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Yevlax rayon polis şöbəsinin əməkdaşları Yevlax Q.Əşrəfbəy küçəsində xidmətdə olarkan iki nəfər vətəndaşın binanın qarşısında ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söydüklərini görüb həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara etdikləri hərəkətlərinin ictimai qaydanı pozmasını bildirərək rayon polis şöbəsinə getməyi təklif etmişlər. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs və Məmmədov islami Azad oğlu olduqları müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Yevlax Q.Əşrəfbəy küçəsində binanın qarşısında tanışı İslami Məmmədovla futbol kmandalarının oyunları səbəbindən aralarından ucadan danışaraq söyüşlər söymüşdülər. Bundan sonra polis əməkdaşları gələrək onları rayon polis şöbəsinə aparmışdılar. Barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində post yoldaşı X2 ilə Yevlax Q.Əşrəfbəy küçəsində xidmətdə olarkan iki nəfər vətəndaşın binanın qarşısında ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söydüklərini görüb həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara etdikləri hərəkətlərinin ictimai qaydanı pozmasını bildirərək rayon polis şöbəsinə getməyi təklif etmişlər. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs və Məmmədov islami Azad oğlu olduqları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPX bölüyünün polis nəfəri, polis serjantı X2 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Yevlax Q.Əşrəfbəy küçəsində binanın qarşısında ictimai yerdə söyüş söyərək ictimai qaydanı pozmuşdur; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:45-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hall hesab edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmamasını (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 12 may 2023-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-331/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-331/2023
13.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver