Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-333/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3, Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Nərimanabad kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində qardaşı arvadı X5 döymüşdür. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru İldırım Əsədov bildirmişdir ki, Yevlax rayonu Nərimanabad kəndində yaşayan X7 xx xxxxxx 2020-ci il tarixdə DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək, qayını Elxan, qaynatası Novruz və qayını arvadı Yana adlı şəxslər tərəfindən döyülməsi barədə məlumat verdiyinə görə Aynur Yusifovanın müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində qardaşı Elşadın həyat yoldaşı X7 onun yaşadığı evə gələrək, həyat yoldaşı Yana Yusibovanı və oğlu Yeqor Yusibovnanı döymüş, Aynurun izahatında və ərizəninə qeyd etdiyi xüsusatların yalan olduğu, Aynurun döyülmədiyi müəyyən edilmiş, münaqişə həyat yoldaşı Yana ilə Aynur arasında baş vermişdir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində kiçik oğlu Rəvan onun mobil telefonunu götürüb Elxangilə aparmış, həmin gün axşam saatlarında Elxangilə gedib telefonu tələb etdikdə, qayını Elxan onun arvadı Yana və qayınatası Novruz onu döymüşdür. Bununla əlaqədar DİN-nin “102” xidmətinə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı, polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İşə əlavə edilmiş Canlı Şəxsin Məhkəmə-Tibb Ekspertizasının 103 №-li, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 1988-ci ildə anadann olmuş X4 bədənində aşkar edilmiş xəsarətlər sol göz altı nahiyyənin, sol yanaq nahiyyəsinin, sağ əlin arxa səthinin, burun büküşünün sıyrıqları küt alətin təsirindən əmələ gəmişdir. Əmələ gəlmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil Məmmədov Fərhad Möhübbət oğluna göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax Rayon Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-333/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-333/2020
13.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver