Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-334/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-356/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment borcunu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində xx xxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-356/2020 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2019cu il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxxx 2009-cu il tarixli X5 yetkinlik yaşına çatana kimi saxlanılmalıarı üçün hət ay hər uşaq üçün 120 manat məbləğində alimentin alınaraq X1 xeyrinə verilməsi qət edilmişdir. Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-356/2020 saylı qətnaməsi icra olunması üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu Şəxs tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Hazırda borclunun tələbkara 660 (altı yüz altmış) manat aliment borcu var. Borclunun izahatı alınarkən borclu tələbkara olan aliment borcundan may ayının 20-də 60 (altmış) manat ödəyəcəyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 356/2020 saylı qətnaməsinə əsasən ondan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxxx 2009-cu il tarixli X5 yetkinlik yaşına çatana kimi saxlanılmalıarı üçün hət ay hər uşaq üçün 120 manat məbləğində alimentin alınaraq X1 xeyrinə verilməsi qət edilmişdir. Heç bir yerdə işləmədiyi üçün tələbkara olan aliment borcunu ödəyə bilməmişdir. Hazırda tələbkar Şərafət Səmədovaya 660 (altı yüz altmış) manat aliment borcu yaranıb. xx xxx 2020-ci il tarixədək tələbkara olan aliment borcundan ödəniş edəcəkdir. Hazırda tələbkara olan aliment borcundan heç bir ödəniş edə bilmir. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül izibati tənbeh tətbiq edilməsini xahiş etdi. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-356/2020 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2019cu il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxxx 2009-cu il tarixli X5 yetkinlik yaşına çatana kimi saxlanılmalıarı üçün hət ay hər uşaq üçün 120 manat məbləğində alimentin alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs indiyədək ona olan aliment borcundan müəyyən vaxtlarda hissə-hissə ödəmişdir. Heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün uşaqlarına baxmağa çətinlik çəkir. Şəxs icra məmuru tərəfindən aliment borcunu ödəməsi tələb olunsa da, o, buna əməl etməmişdir. Uşaqlarına baxmaqda çətinlik çəkir və hazırda Şəxs şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X13»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X7 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1969-cu il tarixdə Yevlax rayonu, Hürüuşağı kəndində anadan olmuş, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən saat 13.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-334/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-334/2020
13.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver