Məhkəmə qərarları › İş №3(039)-335/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-335/2020

13.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-335/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs müxtəlif vaxtlarda Yevlax şəhəri C.Cabbarlı küçəsi və Fizuli küçəsində yerləşən “Oba” marketlərindən ümumi dəyəri 147 manat olan “Yeni Zellandiya” yağlarını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X7 bildirdi ki,Yevlax rayonu Nərimanabad kəndində yaşayan X8 xx xxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə müraciət ünvanlayaraq inzibatçısı olduğu Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən “Oba” marketdən Oktay adlı şəxsin müxtəlif vaxtlarda ümumi dəyəri 50 manat olan “Yeni Zellandiya” yağının oğurlanması barədə eyni zamanda Yevlax rayonu Xaldan kəndində yaşayan X9 xx xxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə müraciət ünvanlayaraq inzibatçısı olduğu Yevlax şəhəri Fizuli küçəsində yerləşən “Oba” marketdən Oktay adlı şəxsin müxtəlif vaxtlarda ümumi dəyəri 97 manat olan “Yeni Zellandiya” yağının oğurlanması barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsi 3A, mənzil 9193-də yaşayır. müxtəlif vaxtlarda Yevlax şəhəri C.Cabbarlı küçəsi və Fizuli küçəsində yerləşən “Oba” marketlərindən ümumi dəyəri 147 manat olan “Yeni Zellandiya” yağlarını oğurlamışdır. Zərər çəkmişşəxsə vurmuş olduğu ziyanıödəməyə imkanı yoxdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X10 izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Nərimanabad kəndində yaşayır. Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən “Oba” marketdə inzibatçı işləyir, təxminən bir həftə bundan əvvəl marketdən tanımadığı naməlum şəxsin iki ədəd “Yeni Zellandiya” yağını oğurlayaraq marketə 32,40 manat məbləğində maddi ziyan vurmuşdur. 2-ci dəfə xx xxx 2020-ci il tarixdə həmin marketdə həmin şəxs bir ədəd bir kq “Yeni Zellandiya” yağını oğurlamış və 16,20 manat dəyərində maddi ziyan vurmuşdur. 3cü dəfə xx xxx 2020-ci il tarixdə səhər saat 08 radələrində həmin şəxs marketə gələn zaman həmin şəxsi dərhal tanımış, həmin şəxsin Yevlax şəhər sakini Oktay adlı şəxs olduğunu bilib, Oktayın mağazada işləyən satıcılardan sübhələndiyinə ehtiyyat etdiyinə görə heç bir şey oğurlamayıb çıxıb getmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq zərər çəkmiş şəxs X9 məhkəmə iclasına gəlməmişdir. İşdə olan xx xxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxx 2020-ci il tarixdə saat 11:10-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinəəsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və Yevlax RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarından məlum olur ki, törədilmişəməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan RespublıikasıİXM-nin 31.4-cü maddəsindəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan RespublikasıİXM-nin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərər çəkmişşəxslərə vurmuş olduğu ziyanıödəməməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxx 1964-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3A, mənzil 9193-də yaşayan Şəxs oğu xx xxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan RespubilkasıİXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində həbs edilsin. Həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən saat 11:10-dan hesablansın. Şəxs 50 manat məbləğində ziyan alınıb zərər çəkmişşəxs X6 ödənilsin. Şəxs 97 manat məbləğində ziyan alınıb zərər çəkmişşəxs X5 ödənilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar