Məhkəmə qərarları › İş №3(039)-338/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-338/2020

14.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-338/2020 14.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qarşısında X2 qəsdən döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə il Yevlax Rayon Məhkəməsinin inzibati binasında həyat yoldaşı X6 ilə keçirilmiş məhkəmə iclasından çıxdıqdan sonra məhkəmənin binasının qarşısında aralarında yaranmış mübahisə zamanı Türkan Mədətovanın bibisi Məlahət Məhərrəmova onları aralaşdırarkən Məlahət Məhərrəmovanın barmağını dişləyərək ona xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, xx xxxx 2020-ci il tarixdə il Yevlax Rayon Məhkəməsinin inzibati binasında həyat yoldaşı X6 ilə keçirilmiş məhkəmə iclasından çıxdıqdan sonra məhkəmənin binasının qarşısında aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Türkanın bibisi Məlahət onların uşaqlarını qucağında sıxdığından uşağın boğulduğunu görmüşdür. Bu səbəbdən də o, uşağını Məlahətdən almaq istəsə də Məlahət uşağı buraxmamışdır. Buna görə də o, Məlahətin barmağını dişləyərək uşağı Məlahətin əlindən aldığını bildirmişdir. Barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə il Yevlax Rayon Məhkəməsinin inzibati binasında qohumu X6 ilə onun həyat yoldaşı Şəxs məhkəmə prossesləri keçirilmişdir və məhkəmə iclasına Türkan ilə birlikdə gəlmişdir. Məhkəmə iclasıdan çıxdıqdan sonra Mədətov X7 əlindən uşağını aldığından Türkan ilə Vüsalın arasında mübahisə yaranmışdır. Mübahisə vaxtı o onları aralayan zaman Vüsal onun barmağını dişləmişdir. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qarşısında X2 qəsdən döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkasıİnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar