Məhkəmə qərarları › İş №3(039)-338/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-338/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-338/2022 05.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Zərərçəkmiş şəxslər X14 və X2 iştirakları ilə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs oğlu 28 mart 2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 2 mənzil 38-də Şöhrət Elcanlıya məxsus su sayğacını, 30 mart 2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 2 mənzil 45-də yaşayan X9 məxsus evin su sayğacını, 01 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina 3, mənzil 4-də yaşayan X2 yaşadığı evin həyətindən 1 ədəd su sayğacını, 01 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evdən 1 ədəd 30 manat dəyərində su sayğacını, 01 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 4V mənzil 15-də yerləşən X5 yaşadığı bina evinin dam örtüyündən 1 ədəd su hidroforunu, 01 aprel 2022-ci il tarixdə ünvan 3-də yaşayan Mübariz Tağıyevə məxsus 30 manat dəyərində su sayğacını, 01 aprel 2022-ci il tarixdə saat 01:00-da X10 yaşadığı binadan ona məxsus su nasosunun naqillərini oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 izah etdi ki, Şəxs 28 mart 2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 2 mənzil 38-də yaşayan Şöhrət Elcanlıya məxsus su sayğacını, 30 mart 2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 2, mənzil 45-də yaşayan X9 məxsus evin su sayğacını, 01 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 3, mənzil 4-də yaşayan X2 yaşadığı evin həyətindən 1 ədəd su sayğacını, 01 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən evdən 1 ədəd 30 manat dəyərində su sayğacını, 01 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 4V mənzil 15-də yerləşən bina evinin dam örtüyündən 1 ədəd su hidroforunu, 01 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Mübariz Tağıyevə məxsus 30 manat dəyərində su sayğacını, 01 aprel 2022-ci il tarixdə saat 01:00-da X10 yaşadığı binadan ona məxsus su nasosunun naqillərini oğurlamışdır. Bu barədə Yevlax RPŞnin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, quşçuluqda parnikdə işləyir. Ali təhsillidir. Qeyri-rəsmi nikahdadır və övladı var. Yevlax şəhərində yaşayır. Əvvəllər idmanla məşğul olub və cüdo üzrə Avropa mükafatçısıdır. Müxtəlif vaxtlarda, yəni 28 mart 2022-ci il, 30 mart 2022-ci il və 01 aprel 2022-ci il tarixlərdə müxtəlif evlərdən su sayğacları, su nasosunun naqillərini və su hidraforunu oğurlamışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Oğurluq etməyinə səbəb maddi imkanın olmaması və ovladının vəzyiyyəti olmuşdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X19 izahatında bildirdi ki, Şəxs ona məxsus olan evdən su sayğacını oğurlamışdır. Bu barədə polisə məlumat vermişdir. Ona 30 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X11 izahatında bildirdi ki, Şəxs 01 aprel 2022-ci il tarixdə onun yaşadığı evin həyətindən 1 ədəd su sayğacını oğurlamışdır. Bu barədə polisə məlumat vermişdir. Ona 30 manat maddi ziyan dəymişdir. Hazırda Şəxs şikayətçi olmasını nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X7 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilərək onunla əlaqə saxlanılmış və o, məhkəmə icalsına gələ bilməyəcəyini, ona dəymiş ziyanın bu günə kimi ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilərək onunla əlaqə saxlanılmış və o, səhhəti ilə bağlı məhkəmə icalsına gələ bilməyəcəyini, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X10 istifadəsində olan 07-316-17-63 saylı nömrəyə zəng edilərək onunla əlaqə saxlanılmış, o, məhkəmə icalsına gələ bilməyəcəyini və Şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X12 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilərək onunla əlaqə saxlanılmış o, məhkəmə icalsına gələ bilməyəcəyini və ona dəymiş ziyanın hazırkı vaxtadək ödənilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkmiş şəxslər X14, X2 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 aprel 2022-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini, işin yüngülləşdirici və faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrıayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Yevlax Şəhəri, İ.Dəmirov küçəsi, ev 4B, mənzil 4-də qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 04 aprel 2022-ci il tarixdən saat 16.00-dan hesablansın. Şəxs oğlundan 30 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X9 ödənilsin. Şəxs oğlundan 20 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X17 ödənilsin. Şəxs oğlundan 30 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X18 ödənilsin. Şəxs oğlundan 80 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X8 ödənilsin. Şəxs oğlundan 30 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X6 ödənilsin. Şəxs oğlundan 30 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X15 ödənilsin. Şəxs oğlundan 30 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X13 ödənilsin. Qərarın surəti Şəxs oğluna təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis şöbəsinə həvalə edilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar