Məhkəmə qərarları › İş №3(039)-339/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-339/2020

14.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-339/2020 14.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhər Axundov küçəsi ev 15-də yaşayan X1 həyətindən 11 ədəd toyuğunu oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X9 bildirdi ki,Yevlax şəhəri Axundov küçəsi ev 15-də yaşayan X4 xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər onun evinin həyətində olan hinə girərək oradan 11 ədəd ev quşu olan toyuq oğurlanması barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X10 raportla Yevlax Rayon Polis Şöbəsinə raporta müraciət etmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri E.Məmmədov küçəsi ev 121-də yaşayır. Heç bir yerdə işləmir. Yevlax şəhər sakini X2 tanımır. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri Axundov küçəsi ilə evə gedən zaman tanımadığı evin divarının arxasından toyuq səsi eşitmiş və orada hin olmasını güman etmişdir. Ona görə də, həmin yeri yadında saxlamış və geə torba götürüb həmin yerə gəlmişdir. xx xxxxx 2020-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində divara dırmaşıb hin olan yerə düşmüşdür. Hinin içinə girmiş və orada 11 ədəd toyuq götürmüşdür. Yavaşça həmin toyuqları torbaya doldurmuş və elə həmin yerdə də çıxıb getmişdir. xx xxxxx 2020-ci il tarixdə isə Yevlax şəhər bazarının qabağında toyuqları 4 və 5 manatdan tanımadığı 3-4 nəfərə ayrı-ayrı satmış və ümumi 50 manat olmuşdur. Zərər çəkmişşəxsə vurmuş olduğu ziyanıödəməyə imkanı yoxdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri Axundov küçəsi ev 15-də yaşayır. Həyatyanı sahəsində 11 ədəd toyuq saxlayır. xx xxxxx 2020-ci il tarixdə toyuqlarını axşam vaxtı hində görmüş və yatmışdır. xx xxxxx 2020-ci il tarixdə isə səhər saatlarında həyətə baxanda görmüşdür ki, hində olan 11 ədəd toyuq yerində yoxdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 3(039)-239/2020 №-li qərarının surətindən məlum olur ki, Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227- ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinəəsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, poli mayoru X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, törədilmişəməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsindəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan RespublikasıİXM-nin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərər çəkmişşəxslərə vurmuş olduğu ziyanıödəməməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, inzibati tənbeh almışşəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işləməyən, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 121-də qeydiyyatda olan və yaşayan Şəxs oğu xx xxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan RespubilkasıİXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 10 (on) gün müddətində həbs edilsin. Həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Şəxs 66 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X3 ödənilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar