Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-34/2021 11.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının, Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Mustafayev küçəsi ev 46-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində Yevlax şəhəri şəhid H.Əliyev küçəsində yerləşən 2 saylı yaşayış binasının həyətində X5 məxsus bir baş qara rəngli iri buynuzlu inək heyvanını başından vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş, heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadığı binanın qarşısına gəldikdə Musaya məxsus olan sarı rəngli inək heyvanın onun əkdiyi yaşıl kolları əzərək qırdığını görmüşdür. Buna görə də, həmin inək heyvanını kənarlaşdırmaq üçün yerdən götürdüyü daşı inək heyvanına tərəf atmış, nəticədə inək heyvanı ürkərək ondan bir qədər kənarda otlayan inək heyvanına dəymiş və inək heyvanı huşunu itirərək yerə yıxılmışdır. O, isə həmin yerdən uzaqlaşaraq getmişdir. Təxminən 1 saat sonra tanımadığı şəxsin onun mobil telefonuna zəng edərək inək heyvanını öldürüb qaçdığını, inək heyvanın pulunu ödəməyərək oradan getdiyini deyərək onu yaşadığı binanın qarşısına çağırmışlar. Yaşadığı binanın qarşısına çatdıqda Musanın qohumlarında biri ona yaxınlaşaraq “inəyin pulunu ödəməsən gör sənə nə edəcəyəm” deyərək onu hədələmişdir. Bundan sonra onlardan uzaqlaşaraq yaşadığı evinə gedərkən evinin pəncərəsinin qırılmış vəziyyətdə olduğunu görmüş, evinin pəncərəsinin sındırılmasında Musanın oğlundan şübhələndiyini bildirmişdir. Zərər çəkmiş şəxs X8 məhkəmə iclasında bildirmişdir ki, inək heyvanı xəsarət aldıqdan sonra Yevlax rayon Baytarlıq İdarəsinin baytar həkimləri tərəfindən aparılan müalicələrə və inək heyvanına verilən dərmn preparatlarına baxmayaraq ona məxsus olan 1 baş inək heyvanı xx xxxxxx 2021-ci il tarixdə xx xxxxxx 2020-ci il tarixdə Şəxs inək heyvanına yetirdiyi xəsarət səbəbindən ölmüşdür. xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən ölmüş inək heyvanı daxili və xarici müayinə edilmiş, müayinə zamanı həqiqətəndə inək heyvanının xx xxxxxx 2020-ci il tarixdə almış olduğu xəsarətdən öldüyünün müəyyən edildiyi bildirilmişdir. Ona dəymiş ziyanın ödənilməsini və Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Yevlax Rayon Baytarlıq İdarəsinin 1 №-li, xx xxxxxx 2021-ci il tarixli yarma protokolunun surətindən görünür ki, bir baş dişi heyvan xx xxxxxx 2020-ci il tarixdə kəlləbeyin zədələnməsi almışdır. Müalicə edilməsinə baxmayaraq heyvan sahibinin həyətindəki tövlədə baş-beyin zədələnməsindən tələf olmuşdur. Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Əhliman Nəsibovun 04 №-li, xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan X5 məxsus bir baş inəyi onuna qonşuluqda yaşayan qonşusu tərəfindən daşla vurulmuşdur. Heyvan sahibi Musa Kamalovun telefon zənginə əsasən baytar həkimləri ilə heyvan vurulan ünvana gedərək lazımı baytarlıq köməklikləri göstərilmiş, 7 gün mütəmadi müalicə işləri aparılmasına baxmayaraq heyvan xx xxxxxx 2021-ci il tarixdə ölmşüdür. Heyvan üzərinə patolojianotomik yarma aparılmışdır. Yarma zamanı heyvanın 3 aylıq boğaz olması müşahidə edilmişdir. Həmin ölmüş inəyin 8-10 yaşlı olması müəyyən edilmiş, inək baş-beyin zədələnməsi nəticəsində ölmüşdür. Bir baş inəyin öməmişdən öncə orta bazar satış qiyməti südlük inək olduğuna görə 1800-2000 manat dəyərində olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Zərəz çəkmiş şəxs X5 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-34/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-34/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver