Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-341/2020 16.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 55-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 01:40 radələrində Yevlax şəhəri Fizuli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Kərim Əzimov bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 01:40 radələrində Yevlax şəhəri Fizuli küçəsində Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti İnspektorları, polis baş serjantları X5 və X7 “BMV” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən “VAZ 21011” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin Yevlax şəhəri Fizuli küçəsində dayandığını görüb həmin şəxsə yaxınlaşmış və xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində avtomobili ziq-zaq şəkilində sürüb qaçdığı üçün barəsində raport yazdığını bildirmişdir. Həmin avtomobilin saxlama yerinə gətirilməsini bildirən zaman avtomobilin sürücüsü üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarının üzərinə hücüm edərək onların qanuni tələblərinə tabe olmadığı üçün post patrul xidməti əməkdaşlarını köməyə çağıraraq həmin şəxsi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs Yevlax şəhər Ü.Hacıbəyov küçəsi ev 55-də yaşayan Şəxsdur. Bundan sonra Yol Patrul Xidməti İnspektorları, polis baş serjantları X5 və X2 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 01:40 radələrində Yevlax şəhəri Fizuli küçəsində özünə məxsus olan “VAZ 21011” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman yol patrul xidməti əməkdaşları ona yaxınlaşmış və xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində avtomobili ziq-zaq şəkilində idarə etdiyinə görə barəsində raport yazıldığını və avtomobilin saxlama yerinə gətirilməsini bildirən zaman o, polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmadığı üçün post patrul xidməti əməkdaşlarının köməyi ilə polis şöbəsinə gətirilmişdir. Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 01:40 radələrində Yevlax şəhəri Fizuli küçəsində Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X7 ilə “BMV” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən “VAZ 21011” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin Yevlax şəhəri Fizuli küçəsində dayandığını görüb həmin şəxsə yaxınlaşmış və xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində avtomobili ziq-zaq şəkilində sürüb qaçdığı üçün barəsində raport yazdığını bildirmişdir. Həmin avtomobilin saxlama yerinə gətirilməsini bildirən zaman avtomobilin sürücüsü üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarının üzərinə hücüm edərək onların qanuni tələblərinə tabe olmadığı üçün post patrul xidməti əməkdaşlarını köməyə çağıraraq həmin şəxsi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs Yevlax şəhər Ü.Hacıbəyov küçəsi ev 55-də yaşayan Şəxsdur. Bunda sonra Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Yol patrul xidməti inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında şahid İlqar Rüstəmovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan xx xxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxx 2020-ci il tarixdə saat 02:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən saat 01:40-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-341/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-341/2020
16.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver