Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-342/2025 04.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçisi X4 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi müavini X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin müavini X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, müvafiq riskləri icbari qaydada sığorta edilmək vəzifəsi qoyulmuş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması ilə bağlı ona ona heç bir rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir. Bundan başqa özünün və işcilərinin fəaliyyətində risk daşıyacaq əməl yoxdur.Hesab edir ki, DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı qanunun normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur, o qüvvədə qala bilməz və ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs ifadəsində bildirmişdir ki, xəbərdarlıq ona elektron qaydada göndərilmişdir, onun isə ora qoşulmaq imkanı yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçisi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası ƏM-nin tələblərinə əsasən bütün işə götürənlərlə işcilər arasında əmək müqaviləs bağlandığı təqdirdə işciləri istehsalatda olacaq bədbəxt hadisələrin sığortalamalıdır. Əmək Müfəttişliyi işəgötürənlərə bildiriş göndərərk rəsmi xəbərdarlıq etmişdir. Bundan əlavə sahibkarların elektron kabinetinədə elektron qaydada bildiriş göndərmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis muavini X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsinə görə, müəssisənin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - İşcilərin bədbəxt hadisələrdən sığortalanmasına dair 14 yanvar 2025-ci il tarixli 3- 17-5/2-13-2912/2025 saylı bildirişindən görünür ki, X5 xəbərdarlıq edilmişdir. 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli, 289 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.10, 9.1.2, 10.1.2, 18.1, 18.4, 18.10, 19.1 və 21.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Həmin Qanunun 23-cü maddəsinə görə isə, bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsinə görə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə AR ƏƏSMN yanında DƏMX-nin Mərkəzi Aran RŞ-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və X6 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Bununla da DƏMX-nin Mərkəzi Aran RŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat həmin Məcəllənin normalarına uyğun aparılmışdır. Belə ki iş materiallarından və Bəxtiyarov Ramilində ifadəsindən görünür ki, o görünür ki, İşcilərin bədbəxt hadisələrdən sığortalanmasına dair bildirişdən məlumatlı idi. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(039)-342/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-342/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver