Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-35/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərində Zərərçəkmiş şəxs məxsus olan bir iri buynuzlu (inək) heyvanını qəsdən daşla vururaq öldürmüşdür. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclası zamanı vermiş olduğu izahatında bildirmişdir ki, İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətada özünü təqsirli bilmir. Musa Kamalovla münasibətləri yaxşı olmuşdur. Musa onun yaşadığı binanın yaxınlığında fərdi yaşayış evində qalır və öz evinin həyətində iri buynuzlu heyvanlara baxır. Musa özünə məxsus olan iri buynuzlu heyvanları sahibsiz buraxdığından, heyvanları onun yaşadığı binanın qarşısına əkdiyi yaşıl kolları dağıtmışlar. Buna görə də dəfələrlə Musaya xəbardarlıq etmiş, lakin Musanın heyvanlarına nəzarət etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı binanın qarşısına gəldikdə Musaya məxsus olan sarı rəngli dananın onun əkdiyi yaşıl kolları əzərək qırdığını görmüşdür. Bu vaxt o, həmin sarı rəngli dananı kollardan kənarlaşdırmaq üçün yerdən götürdüyü daşı sarı rəngli danaya atmışdır. Lakin daş bir qədər kənarda otlayan inəyə dəymiş və inək huşunu itirərək yerə yıxılmışdır. O danaya daş atmaq istəmiş, lakin daş inəyə dəymişdir. Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı vermiş olduğu izahatında bildirmişdir ki, yaşadığı evin həyətində iri buynuzlu heyvanlara baxır. Heyvanları böyük oğlu Yaqub otarır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində oğlu Yaqub bir baş sarı danasını və bir baş qara rəngli inəklərini sahədən evlərinə gətirən zaman onunla qonşuluqda yaşayan Nazim adlı şəxs binanın qarşısında tanımadığı şəxsin avtomobilindən düşərək yerdən götürdüyü daşı onun inəyinin başına vurmuşdur. Bundan sonra inək huşunu itirərək binanın yaxınlığında yerə yıxılmış və ölümcül vəziyyətə düşmüşdür. İnək 7 gün müalicə olunmasına baxmayaraq, xx xxxxxx 2021-ci il tarixdə ölmüşdür. İnəyin təxminən 10 yaşı olmuşdur. İnəyinin xəsarət almazdan öncəki dəyəri təxminən 2000 (iki min) manat olmuşdur. Məhkəmədən hazırda Şəxs şikayətçi olduğunu və onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İş materialına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və ya 274-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materialına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan məlum olur ki, Yevlax Rayon Baytarlıq İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 1 nömrəli akta əsasən ünvan 1 ünvanında yaşayan X3 məxsus 1 baş iri buynuzlu heyvanı onunla qonşuluqda yaşayan Şəxs tərəfindən daşla baş nahiyəsindən vuraraq zədələmişdir. Verilən məlumatdan sonra xx xxxxxx 2020-ci il tarixdə zədələnmiş heyvana tərəfinlərindən baxış keçirilmişdir. 7 gün müalicə olunmasına baxmayaraq heyvan xx xxxxxx 2021-ci il tarixdə ölmüşdür. Həkimlər tərəfindən heyvan üzərində patanatomiki yarma aparılmışdır. Yarma əsasında onun beyin zədələnməsindən ölməsi aşkar olunmuşdur və onun daxili orqanlarında orqanolepik müayinə aparılmışdır. Müayinə zamanı heyvanın 3 aylıq boğaz olduğu müşahidə olmuşdur. Daxili orqanlarda heç bir pataloji hal aşkar edilməmişdir. İş materialına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan məlum olur ki, Yevlax Rayon Baytarlıq İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli yarma protokolundan X3 məxsus olan bir iri buynuzlu (inək) heyvanı baş beyin zədələnməsi nəticəsində ölmüşdür. İş materialına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan məlum olur ki, Yevlax Rayon Baytarlıq İdarəsindən daxil olmuş cavab məktubunda bir baş qara rəngli inəyin ölməmişdən oncə orta bazar satış qiyməti südlük inək olduğuna görə, 1800-2000 (bir min səkkiz yüz-iki min) manat dəyərində olduğu bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləlikə iş materialları və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünün məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, X3 məxsus olan bir iri buynuzlu (inək) heyvanın baş beyin zədələnməsinə, onun nəticəsində ölməsinə səbəb Şəxs tərəfindən daş ilə həmin heyvana zərbə endirilməsi olmuşdur. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzrədə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxxx 1967-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 46-da qeydiyyatda olan, Yevlax şəhəri, şəhid H.Əliyev küçəsi, ev 2, mənzil 9-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-35/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-35/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver