Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-350/2021 13.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı Məmmədrzayev İlqar Fəhrad oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, xx xxxxx 2021-ci il tarixdə saat 23.50 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində karantin qaydalarını pozaraq tibbi qoruyucu vasitədən istifadə etməmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X7 RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mehman İbrahimov ilə birlikdə xx xxxxx 2021-ci il tarixdə saat 23.50 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən, bir nəfər şəxsin tibbi qoruyucu vasitədən istifadə etmədiyini görmüşlər.Onlar dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, ona tibbi maskadan istifadə etməyərək hərəkət etdiyini və bunun qanuna zidd olduğunu bildirmişlər. Lakin vətəndaş sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs Yevlax RPŞ-nə gətirilmişdir və məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxx 2021-ci il tarixdə saat 23.50 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində gəzərkən tibbi maskadan istifadə etməmişdir, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq karantin ilə bağlı qayda pozuntusunu törətdiyini bildirdilər. Sərxoş olduğundan polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları isə onu avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qisməində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şəhriyar Xəlilov bildirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mehman İbrahimov ilə birlikdə xx xxxxx 2021-ci il tarixdə saat 23.50 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin tibbi qoruyucu vasitədən istifadə etmədiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, ona tibbi maskadan istifadə etməyərək hərəkət etdiyini və bunun qanuna zidd olduğunu bildirmişlər. Lakin vətəndaş sərxoş vəziyyətdə olmuş və onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs Yevlax RPŞ-nə gətirilmişdir və rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qisməində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mehman İbrahimov bildirmişdir ki, Yevlax RPŞ-nin PPXBnin manqa komandiri, polis baş serjantı Şəhriyar Xəlilov ilə birlikdə xx xxxxx 2021-ci il tarixdə saat 23.50 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin tibbi qoruyucu vasitədən istifadə etmədiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, ona tibbi maskadan istifadə etməyərək hərəkət etdiyini və bunun qanuna zidd olduğunu bildirmişlər. Lakin vətəndaş sərxoş vəziyyətdə olmuş və onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs Yevlax RPŞ-nə gətirilmişdir və məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00.30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli 59 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, şahidlər Yevlax RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şəhriyar Xəlilovun və Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mehman İbrahimovun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 211 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci mаddəsinin sanskiyasında nəzərdə tutulan inzibаti cərimə tətbiq еdilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx xxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 2, mənzil 26-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-350/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-350/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver