Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-352/2021 27.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Şikayət vermiş şəxs X2 Səlahiyyətli orqan Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Aran Regional X7 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə X2 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Aran Regional X7 İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 25 fevral 2021-ci il tarixli qərarından vermiş olduğu şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ : Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Aran Regional X7 İdarəsinin inspektoru-baş leytenant X5 tərəfindən tərtib edilmiş 12.02.2021-ci il tarixli MN ******* saylı protokol və həmin protokol əsasında Fövqəlada Hallar Nazirliyinin X7 Xidmətinin Aran Regional X7 İdarəsinin rəisi X6 tərəfindən 25 fevral 2021-ci il tarixdə qəbul edilmiş tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ilə X4 25.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. X4 məhkəməyə ərizə təqdim edərək, hazırda həmin qərardan şikayəti olmadığından, şikayəti və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 61.1.4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatət və etirazlar vermək hüququ vardır. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 128.2.2. İnzibati xəta haqqında iş üzrə kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə şikayət və ya protest verilir. 129.1.3. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Aran Regional X7 İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 25 fevral 2021-ci il tarixli qərarından vermiş olduğu şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 106, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Aran Regional X7 İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 25 fevral 2021-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-352/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-352/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver