Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-352/2024 20.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon X6 X7 polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ-2103” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Havarlı kəndinin yolu ilə hərəkətdə olub Xaldan-Mingəçevir yoluna çıxarkən idarəetməni itirərək “VAZ- 21154” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ-21154” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və həmin avtomobildə sərnişin olan X2 yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ-2103” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Havarlı kəndinin yolu ilə hərəkətdə olub Xaldan- Mingəçevir yoluna çıxarkən idarəetməni itirərək “VAZ-21154” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ-21154” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və həmin avtomobildə sərnişin olan X2 yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir; HK-1/2883 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, HK-1/2883 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul olunmuş, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Yevlax rayon X6 X7 polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol 21 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-352/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-352/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver