Məhkəmə qərarları › İş №3(039)-353/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-353/2020

21.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-353/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ev 6-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində R.Məmmədov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsində sahə polis nəfərləri, polis baş serjantları X1 Həsənovla birlikdə xidmətdə olan zaman, bir nəfər şəxsin küçədə ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin vətəndaşı nizam-intizama dəvət etmiş, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra sahə polis nəfərləri, polis baş serjantları X4 və X13 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsində ucadan səs-küy salmışdır. Ərazidə xidmət edən polis əməkdaşları ona yaxınlaşıb sakitləşməsini bildirərək, onu nizam-intizama dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsində Şəxs ictimai yerdə ucadan səs-küy salaraq polis əməkdaşlarına qarşı daş atmaqla polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə üçün polis əməkdaşları tərəfindən həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis sahə rəisi, polis mayoru X7 məhkəmə iclasında şahid Nəsrəddin Səmədovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 24 (iyirmi dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən saat 09:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar