Məhkəmə qərarları › İş №3(039)-353/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-353/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-353/2024 03.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhəri Abşeron rayonu Atyalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Abşeron rayonu Atyalı qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax şəhər H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində ara məsafəsini saxlamadan piyada X3 idarə etdiyi Mercedes-Benz markalı ** EL *** nömrə nişanlı avtomobil ilə vuraraq, yüngül bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X10 Yol X9 Avtomobil X1 çıxış edərək bildirmişdir ki, Şəxs Yevlax şəhər H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində ara məsafəsini saxlamadan piyadaçı X3 idarə etdiyi Mercedes-Benz markalı ** EL *** nömrə nişanlı avtomobil ilə vuraraq, yüngül bədən xəsarətləri yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək, Şəxs Yevlax şəhər H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində ara məsafəsini saxlamadan piyadaçı X3 vuraraq, yüngül bədən xəsarətləri yetirmişdir.Həmin zaman sərxoş olmadığını,hadisə nəticəsində heç bir bədən xəsarəti almadığını,əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 ilə bağlı məhkəmə iclasında əlaqə saxlanmış, hadisə nəticəsində xəsarəti aldığını,bildirərək təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx.xx.2024-cü tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax şəhər H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində ara məsafəsini saxlamadan piyadaçı X3 idarə etdiyi Mercedes-Benz markalı ** EL *** nömrə nişanlı avtomobil ilə vuraraq, yüngül bədən xəsarətləri yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X10 X12 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar