Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-354/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri K.Nəsibov küçəsi ev 175-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 09:10 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09:10 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün manqa komandiri, polis baş serjantı Nicat Bəşirov polis nəfəri, polis serjantı Məhərrəməli Hüseynovla birlikdə xidmətdə olan zaman, bir nəfər şəxsin küçədə ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin vətəndaşı nizam-intizama dəvət etmiş, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra manqa komandiri, polis baş serjantı Nicat Bəşirov və polis nəfəri, polis serjantı X3 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09:10 radələrində ünvan 1 saylı ünvanda yerləşən yaşadığı evdə olarkən səs-küy eşidib küçəyə çıxmış, Polis əməkdaşlarının qonşuları ilə mübahisə etdiyini görmüş, lakin o, polis əməkdaşlarına qarşı hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Polis sahə rəisi, polis mayoru X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 09:10 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsində Şəxs ictimai yerdə aktiv şəkildə ucadan səs-küy salaraq polis əməkdaşlarına qarşı daş atmaqla polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə üçün polis əməkdaşları tərəfindən həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında şahid Qurban Qasımovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan xx xxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxx 2020-ci il tarixdə saat 09:10-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 27 (iyirmi yeddi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən saat 09:10-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-354/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-354/2020
21.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver