Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-355/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22.00 radələrində X7 Yevlax rayonu Aran qəsəbəsində yerləşən dəmiryolu kənarında döymüşdür. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün xx xxxxx 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışması üçün vaxt istəmiş və işə baxılması xx xxxxx 2021-ci il tarixə təxirə salınmışdır. Bundan sonra xx xxxxx 2021-ci il tarixdə zərərçəkmiş şəxs Orxan Ağayev ilə telefon vasitəsilə əlaqə saxlanılmış və o, bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hazırda barışmışdır və ərizə təqdim etməsi üçün işə baxılması xx xxxxx 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X2 izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yaşayan X9 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Elvin və Elgün adlı şəxslər tərəfindən qardaşı X6 döyülməsi barədə bildirmiş və onların barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxx 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 22.00 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən dəmiryolu kənarında dostu Elvin Abdullayev ilə birlikdə Orxan Ağayev ilə görüşmüşlər və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbləşib Orxanı vurmuşdur. X12 ilə barışmışdır və törətdiyi əməldən səmimi olaraq peşmandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcək. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Orxan Ağayev ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hazırda barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 85 saylı rəy ilə Orxan Ağayevin bədən səthində hər iki gözətrafı nahiyyənin şişkinliyi, qançırı, burun belinin şişkinliyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin ərizəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X10 məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-355/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-355/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver