Məhkəmə qərarları › İş №3(039)-357/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-357/2020

09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-357/2020 09.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxx 2020-ci il tarixli MN ******* saylı qərardan X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon prokuroru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədi oğlu tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 3000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fermer təssərrüfatının sahibkarı-işəgötürən X1 rayonu, Tatarlı kənd sakini X3 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X10 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2020-ci il tarixli MN ******* №-li qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilmişdir. Həmin qərara əsasən Yevlax rayonu Aran qəsəbəsində verləşən fermer təssərrüfatının sahibkarı-işəgötürən kimi o, Goranboy rayonu Tatarlı kənd sakini X3 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin o, bir mənalı olaraq həmin qərarla razı deyil. Belə ki, əvvəla o sahibkar deyil, fiziki şəxsdir. O, təxminən 3 il bundan əvvəl VÖEN-ni bağlatdırmışdır. Müfəttişlik isə tamamilə qanunsuz və əsassız olaraq onu fiziki şəxs kimi deyil, sahibkar kimi cərimə etmişdir. Bundan başqa, o müəyyən sayda mal-qara saxlayır. Atası vəfat etdiyi və başı yasa qarışdığı üçün o, Saləddin Məmmədovu özünə kömək etmək üçün dəvət etmişdir, atasının yasını yekunlaşdırmamış anası da vəfat etmişdir. O qədər qarışıqlıq olmuşdur ki, Saləddin Məmmədovla müqavilə bağlaya bilməmişdir. Yas mərasimini yekunlaşdırdıqdan sonra ona məlum olmuşdur ki, ona məxsus olan bir çox əşya Saləddin Məmmədov tərəfindən oğurlanmışdır. O, bununla bağlı Yevlax rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsində araşdırılma aparılsa da, ona dəymiş ziyan hələ də ödənilməmişdir. Yəni onun Saləddin Məmmədovla müqavilə bağlamamasının səbəbi Saləddin Məmmədovun onun təssərrüfatında cəmi bir neçə gün işləməsi, həmçinin ata və anasının vəfat etməsi və Saləddin Məmmədov onun evindən oğurluq etməsi olmuşdur. Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X10 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2019-cu ilin dekabr ayında atasının və anasının vəfat etməsi səbəbindən o, Saləddin Məmmədovu özünə məxsus fermaya kömək məqsədi ilə gətirmişdir. Onun vaxtı olmadığı üçün Saləddin onun mal-qarasını otarmalı və onlara baxmalı idi. O, Saləddinə ona kömək etməsi üçün 250 manat pul verəcəyini bildirmiş, sonuncu da bununla razılaşmışdır. Lakin Saləddin bir az borcu olduğunu və bu səbəbdən ilk ayda ona 300 manat pul verməsini xahiş etmiş və o da Saləddinə 300 manat pul vermişdir. Bundan sonra o, Saləddin Məmmədovu özünə məxsus fermada yerləşən tikilidə yataq üçün yerlə təmin etmişdir. X13 fermada 3-4 gün işlədikdən sonra o, fermada bir neçə əşyanın olmadığı müəyyən etmişdir. Bu haqda Saləddin Məmmədova bildirdik də, o, acıq edərək fermadan getmişdir. Bundan sonra o, bu barədə polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılarkən Saləddinlə əmək müqaviləsi bağlamadığına görə onun əməlində inzibati xətanın tərkib əlamətləri olduğu bildirilmiş və vəzifəli şəxs kimi 3000 manat cərimə edilmişdir. Halbuki, o, sahibkar kimi fəaliyyət göstərib, vergi orqanında qeydiyyatda olsa da 3 il əvvəl vergi ödəyicisi kimi qeydiyyatını ləğv etdirmişdir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X8 izahat verərək bildirdi ki, Yevlax rayon prokurorluğunda araşdırılmış material üzrə X5 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən özünə məxsus fermer təsərüfatında Goranboy rayonu, Tatarlı kənd sakini X14 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi faktı aşkar edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərar qəbul edilərək aidiyyatı üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinə göndərilmişdir. Bundan sonra həmin fakt araşdırılaraq öz təsdiqi tapdığından şöbənin rəisi tərəfindən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Bu səbəbdən də qərarın əsaslı olduğunu və verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fermer təsərüfatının sahibkarı-işə götürən X1 rayonu, Tatarlı kənd sakini X14 Məcəlləsində nəzərdə tutlmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərar qəbul edilərək aidiyyatı üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinə göndərilmişdir; 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X10 xx.xx.2008-ci il tarixdə ********** VÖEN ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Hal hazırda vergi ödəyicisinin fəaliyyəti aktivdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinin Qeyd hissəsinə əsasən ....hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün hazırkı inzibati iş üzrə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəmə araşdırması zamanı vermiş olduğu izahatını müqayisəli şəkildə tədqiq edib, bu izahatda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyətli orqanın nümayəndəsinin, şikayət vermiş şəxsin izahatları və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X2 rayonu, Aran qəsəbəsində yerləşən fermer təsərrüfatında vətəndaş X3 çoban olaraq işə götürmüş, onunla əmək haqqı barədə razılığa gəlmiş, lakin qanunvericiliyə uyğun olaraq onunla əmək müqaviləsi bağlamamışdır. X10 şikayət ərizəsində 2019-cu ilin dekabr ayında atasının və anasının vəfat etməsi və onun yas mərasimlərinə başının qarışması səbəbindən də X6 ilə əmək müqaviləsini bağlamaması kimi izahatı ilə faktiki olaraq qeyd olunan törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X5 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. X5 şikayət ərizəsində ifadə olunmuş və məhkəmə iclasında səsləndirdiyi dəlili ondan ibarətdir ki, o, sahibkar və işəgötürən kimi inzibati məsuliyyətə edilə bilməz. Çünki, o Saləddin Məmmədovla əmək münasibətlərinə girməmiş və onun sahibkar statusu yoxdur. Məhkəmə şikayətçinin bu dəlilinə münasibətdə bildirir ki, Zakir Cavadov özünə məxsus fermer təssərrüfatında mal-qarasına baxmağı, həmin təsərrüfatı idarə etməyi qeyri-müəyyən müddətə Saləddin Məmmədova tapşıraraq, onunla minimum əmək haqqı məbləğində haqq ödəmək barədə razılığa gələrək onunla əmək münasibətlərinə daxil olmuşdur. Vergi orqanından əldə olunmuş məlumata əsasən isə Zakir Cavadov xx.xx.2008-ci ildən sahibkar kimi vergi uçotuna alınmışdır. Qeyd olunananları nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən X10 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmasında hər hansı qanun pozuntusu olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədi oğlu tərəfindən MN ******* saylı xx.xx.2020-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Yevlax rayon prokuroru tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli qərar əsasında Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Mövlayev Alik Sədi oğlu tərəfindən MN ******* saylı xx.xx.2020-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar