Məhkəmə qərarları › İş №3(039)-358/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-358/2020

08.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-358/2020 08.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi ilə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Müşayət-Eskort bölüyü YPX-i baş inspektoru polis leytenantı X3 tərəfindən tərtib edilmiş, xx xxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Müşayət-Eskort bölüyü YPX-i baş inspektoru polis leytenantı X3 tərəfindən tərtib edilmiş, xx xxxxx 2020-ci il tarixli İXP ******* saylı protokola əsasən X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. Vəzifəli şəxsin xx xxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoluna əsasən X4 xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. Narazı qalan X4 inzibati xəta haqqında protokoldan şikayət verərək, xx xxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 və Baş Dövlət X7 rəsmi bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə verilmiş şikayətin dəlillərini, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Müşayət-Eskort bölüyü YPX-i baş inspektoru polis leytinantı X3 tərəfindən, X1 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol qanuni və əsaslıdır. Belə ki, X4 şikayətini onunla əsaslandırmışdır ki, o xx xxxxx 2020-ci il tarixdə saat 09.26-da müvafiq icazə almış və xəstəxanaya gedərək, saat 12.34-dən saat 17.00-dək xəstəxanada olmuşdur. Lakin şikayətinə əlavə etdiyi arayışıdan məlum olur ki, X2 xəstəxanada olmasına dair arayış xx xxxxx 2020-ci il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Müşayət-Eskort bölüyü YPX-i baş inspektoru polis leytenantı X3 tərəfindən qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun, həmin Məcəllənin 211-ci maddəsi ilə inzibati xəta törətmiş X4 xx xxxxx 2020-ci il tarixdə müvafiq icazəsi olmadan yaşayış yerini tərk etdiyindən və həmçinin müvafiq icazənin olmasına dair polis əməkdaşına müvafiq arayış təqdim edilmədiyindən, şikayət əsaslı hesab edilə bilməz. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti xx xxxxx 2020-ci il tarixli 124 saylı qərarırını 1.5-ci bəndinə əsasən Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti xx xxxxx 2020-ci il tarixli 124 saylı qərarırını 1.5.1-ci bəndinə əsasən 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından özünün yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüquqi vardır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Müşayət-Eskort bölüyü YPX-i baş inspektoru polis leytenantı X3 tərəfindən qəbul edilmiş protokolun ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.0, 53.0.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin Müşayət-Eskort bölüyü YPX-i baş inspektoru polis leytenantı X3 tərəfindən qəbul edilmiş protokoldan X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar