Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-358/2021 01.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin 06 aprel 2021-ci il tarixli, 11000/0471 saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki X5 tərəfindən 06 aprel 2021-ci il tarixdə qəbul edilmiş 11000/0471 saylı inzibati xəta haqqında qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməklə, qaytarılmalı olan məbləğin 40% miqdarında, yəni 2741,76 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, ünvan 1 ünvanında qeydiyyatda olan X7 tərəfindən Türkiyə Respublikasında qeydiyyatda olan “Özkom Makina iç ve dış tıc. San.Ltd” şirkətinin tapşırığı ilə 07.05.2020-ci il tarixli müqavilə əsasında 27.05.2020-ci il tarixli, **********1613 saylı və 27.05.2020-ci il tarixli, **********1623 saylı gömrük bəyannamələri ilə 36000 kq çəkidə və 4032 ABŞ dolları dəyərində “Susuzlaşdırılmamış üyüdülmüş gil” yükü rəsmiləşdirilərək konsiqnasiya yolu ilə İran İslam Respublikasına ixrac edilmişdir. X7 tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyəri 4032 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Araşdırma ilə əlaqədar 27.05.2020-ci il tarixli, **********1613 saylı və 27.05.2020-ci il tarixli, **********1623 saylı gömrük bəyannamələrinin tərtib edildiyi 27 may 2020-ci il tarixində konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş 4032 ABŞ dollarının Azərbaycan manatına nisbətini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilərək 27 may tarixində bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1,7 manat olduğu və hesablama aparılaraq Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 6854,40 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, qaytarılmalı olan məbləğin 40% miqdarında, yəni 2741,76 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki X5 tərəfindən 06 aprel 2021-ci il tarixdə qəbul edilmiş tarixli, 11000/0471 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, o, “Özkom Makina iç ve dış tıc. San.Ltd” şirkəti ilə 07.05.2020-ci il tarixdə alqı-satqı müaviləsi bağlamışdır və müqaviləyə əsasən 40 ton “Susuzlaşdırılmış, üyüdülmüş gil” yükü ixrac etməsəni öhdəsinə götürmüşdür. Müqavilənin şərətlərinə əsasən “Özkom Makina iç ve dış tıc. San.Ltd” şirkəti ona 4032 ABŞ dolları məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür və ödənişi ona “Özkom Makina iç ve dış tıc. San.Ltd” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsi olan X3 tərəfindən verilməsi barədə məlumatı olmuşdur. 31.05.2020-ci il tarixdə X3 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq ödəniş etməsi üçün onunla görüşməyi təklif etmişdir. Bundan sonra onlar görüşmüşlər və şirkətin nümayəndəsi ona ixrac etdiyi gil üçün 4032 ABŞ dollar məbləğində pulu nəğd formada vermişdir. O, həmin pulu kassa mədaxil orderi ilə kassaya daxil etdikdən sonra 4032 ABŞ dolları pulu konvertasiya etmişdir. Bundan başqa “Özkom Makina iç ve dış tıc. San.Ltd” şirkəti ixrac olunmuş yükə dair ödənişi “Western Union” pul köçürmə vasitəsilə pulu Azərbaycan Respublikasındakı nümayəndəsinə köçürmüşdür. Bu səbəbdən də hesab edir ki, bu hal tam qanunidir və bu zaman tərəfindən heç bir pozuntuya yol verilməmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən barəsində verilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 şikayətin əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, gömrük qanunvericiliyinə görə ixrac olunan malın dəyəri ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına malın ixrac olunduğu gündən 180 gün ərzində köçürülməlidir. İxracatçı bu barədə verdiyi gömrük bəyannamələrində də öhdəlik götürmüşdür. İxrac olunan malın dəyərinin bəyannamələrdə qeyd olunan bank hesablarına deyil, hər hansı nümayəndə vasitəsilə ixracatçıya şəxsən qaytarılması sonuncunu inzibati məsuliyyətdən azad edə bilməz. Bu səbəbdən inzibati qərarın qanuni olduğunu və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli, 11000/0471 saylı il tarixli inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X7 tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyəri 4032 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməməsi ilə gömrük qaydaları əleyhinə olan inzibati xəta halı aşkar olunmuş və o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinmişdir. X7 şikayət ərizəsində əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X4 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki X5 tərəfindən 06 aprel 2021-ci il tarixdə qəbul edilmiş 11000/0471 saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki X5 tərəfindən qəbul edilmiş 06 aprel 2021-ci il tarixli, 11000/0471 saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-358/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-358/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver