Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-359/2020 22.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.Əlizadə küçəsi ev 37-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 12:10 radələrində Yevlax şəhəri H.Əliyev küçəsində “xxxxxxx” Bankın Yevlax filialının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Saleh Məmmədov bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 12:10 radələrində Yevlax Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əhməd Məmmədov “xxxxxxx” Bank ASCnin Yevlax filialında xidmətdə olan zaman, bir nəfər şəxs həmin bankda ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri etdiyini görüb ona yaxınlaşaraq həmin vətəndaşa dəfələrlə nizam-intizama dəvət etmiş, lakin həmin vətəndaş polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra Yevlax Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı X5 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 12:10 radələrində “xxxxxxx” Bank ASC-nin Yevlax filialının qarşısında olarkən qardaşının vəfatı ilə əlaqədar əsəbi olduğu üçün ucadan səs-küy salmış, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də, polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yevlax Rayon Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əhməd Məmmədov məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 12:10 radələrində “xxxxxxx” Bank ASC-nin Yevlax filialında xidmətdə olan zaman, bir nəfər şəxs həmin bankda ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri etdiyini görüb ona yaxınlaşaraq özünü təqdim edib, həmin vətəndaşı dəfələrlə nizam-intizama dəvət etmiş, lakin həmin vətəndaş onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyinə görə tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid Yevlax Rayon Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əhməd Məmmədovun xx xxx 2020-ci il tarixli raportu və ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsini, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.Əlizadə küçəsi ev 37-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-359/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-359/2020
22.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver