Məhkəmə qərarları › İş №3(039)-361/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-361/2020

26.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-361/2020 26.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1968-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Duzdaq kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1152/2012 №-li, xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən xx xxxxx 2002-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit məbləğdə 75 manat pul alınaraq X3 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən borclu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, böyük icra məmurunun qanuni tələblərinə əməl etməmiş və məhkəmənin qətnaməsini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, icra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov bildirdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1152/2012 №-li, xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən xx xxxxx 2002-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit məbləğdə 75 manat pul alınaraq X3 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə xx xxxx 2019-cu il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və Yevlax rayon Polis şöbəsində borclu barəsində xx xxxx 2019-cu il tarixdə 400102 saylı axtarış işi açılmışdır. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 6675 manat borcunun ödənilməsi tələb edilmiş və o, xx xxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1152/2012 №-li, xx xxxxxx 2012ci il tarixli icra sənədinə əsasən xx xxxxx 2002-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay sabit məbləğdə 75 manat pul alınaraq X3 verilməlidir. Hazırda tələbkara 6675 manat məbləğində aliment borcu yaranmışdır. Əvvəllər Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmiş, aldığı əmək haqqısı gündəlik təlabatını ödəmək üçün çatmamışdır. Özü hazırda böyrək xəstəsidir. Xəstəliyi ilə bağlı işləyə bilmir, aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X3 məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 9758 saylı, xx xxxxxxxx 2018-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs imza etməklə bildirişi almışdır. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı ilə və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar