Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-362/2020 27.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx xxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2020-ci ilin aprel ayının 29-da “Oba” marketlər şəbəkəsinin Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən filialından çəkisi 1 kiloqramm olan və dəyəri 15 manat məbləğində kərə yağını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, Şəxs 2020-ci ilin aprel ayının sonunda “Oba” marketlər şəbəkəsinin Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən filialından çəkisi 1 kiloqramm olan və dəyəri 15 manat məbləğində kərə yağını oğurlamışdır. Zərərçəkmiş şəxsin ərizəsi əsasında Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, “Oba” marketlər şəbəkəsinin Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən filialında inzibatçı vəzifəsində işləyir. 2020-ci ilin aprel ayının sonlarında marketdə malları sayıb yoxlayan zaman 1 kiloqramm kərə yağının əksik olduğunu, mağazada olan müşahidə kamerasına baxış keçirərkən yağın tanıdığı Ələmşah adlı şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Oğurluq nəticəsində marketə 15 manat ziyan dəymişdir. Bu günə qədər ona dəymiş ziyan ödənilmədiyindən sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, Yevlax şəhərində yaşayır. Yadında qalmayan tarixdə “Oba” marketlər şəbəkəsinin Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən filialından 1 kiloqramm kərə yağını öz ehtiyacı üçün oğurlamışdır. Bu hərəkətləri etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanması üçün Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir; xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 2020-ci ilin aprel ayının 29-da“Oba” marketlər şəbəkəsinin Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən filialından çəkisi 1 kiloqramm olan və dəyəri 15 manat məbləğində kərə yağını oğurlamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs xx xxx 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati ictimai işlər növündə inzibati tənbeh tədbiri yüngülləşdirilərək 100 (bir yüz) saat ictimai işlər inzibati tənbehi müəyyən edilsin. xx xxx 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs vurulmuş ziyana görə 15 (on beş) manat məbləğində pul alınıb Yevlax rayonu, Nərimanabad kəndində yaşayan Zərərçəkmiş şəxs ödənilsin. Qərarın icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-362/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-362/2020
27.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver