Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-362/2023 24.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyətli orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktor) X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 X8 Agentliyindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində Şəxs MMC-yə məxsus Bilbord üzərində icazəsiz reklam yayımı həyata keçirildiyi aşkar edilmişdir. Məhkəmə iclasında səlahiyətli orqanın nümayəndəsi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə agentliyin əməkdaşları tərəfindən Yevlax şəhəri H.Əliyev prospektində Şəxs MMC-yə məxsus Bilbord üzərində icazəsiz reklam yayımı həyata keçirildiyi aşkar edilmişdir. Bundan sonra MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda protokolu müdafiə etdiyini bildirərək MMC barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, MMC-yə açıq reklam yerləşdirilməsinə dair xx.xx.2020-ci il tarixdən X5 X8 Agentliyi tərəfindən icazə sənədi verilmişdir. xx.xx.2021-ci il tarixində qeydiyyat nömrəsi İ**********0536 müvafiq icazənin uzadılmasına dair idarə tərəfindən sənəd təkrar MMC-yə verilmişdir. xx.xx.2021-ci il tarixində isə hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik dövr üçün yayım icazəsinə dair dövlət rüsumu və bilbordun yerləşdirilməsi üçün tələb olunan məbləğ ödənilib, elektron-qaimə faktura kəsilmişdir. Göründüyü kimi reklama dair icazə olduğu halda ödəniş qəbul edildiyi halda MMC-yə əsassız şəkildə İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır, bu səbəbdən də, MMC barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində Şəxs MMC-yə məxsus Bilbord üzərində icazəsiz reklam yayımı həyata keçirildiyi aşkar edilmişdir; Yevlax Rayon Məhkəməsinin 3(039)-418/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat mələğində cərimə edilmişdir; Şəki Apellyasiya Məhkəməsinin 3(107)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 3(039)-418/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs MMC-yə istinad edilən inzibati xəta xx.xx.2021-ci il tarixdə törədilmiş və səlahiyətli orqan tərəfindən MMC barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-362/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-362/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver