Məhkəmə qərarları › İş №3(039)-363/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-363/2020

28.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-363/2020 28.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Yevlax rayon icra və probasiya şöbəsinin inzibati binasında keçmiş həyat yoldaşını döyərək ona xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Yevlax rayon icra və probasiya şöbəsinin inzibati binasında keçmiş həyat yoldaşı X3 aralarında yaranmış mübahisə zamanı Esmira Rəsulovanı döyərək ona xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, xx xxxx 2020-ci il tarixdə onu aliment borcu ilə əlaqədar Yevlax rayon icra və probasiya şöbəsinə dəvət etmişdilər. həmin vaxt keçmiş həyat yoldaşı Esmira Rəsulova da şöbədə olmuşdur. O, Yevlax rayon icra və probasiya şöbəsinə getdikdən sonra orada icra məmuru ona aliment borcunu ödəməsini tələb etmişdir. Lakin o, icra məmuruna 2- 3 günə sosial yardım pulunu alan kimi borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonra Esmira Rəsulova onun ünvanına nalayiq sözlər işlədərək üstünə hücum etmək istəyəndə binada olan icra məmurları Esmiranı tutaraq ondan aralamışdırlar. Bundan sonra o, Yevlax rayon icra və probasiya şöbəsinin inzibati binasını tərk edərək evinə getmişdir. Lakin bir neçə gün sonra polis şöbəsindən müstəntiq Xəzər ona zəng edərək barəsində şikayət olduğunu və onun şöbəyə gəlməli olduğunu bildirmişdir. Lakin o, müstəntiqə hazırda uşağının xəstə olması səbəbində gələ bilməyəcəyini bildirmişdir. O, keçmiş həyat yoldaşını vurmamasını, Esmira Rəsulovanın özünün xəsarət almasını bildirərək barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə il Yevlax rayon icra və probasiya şöbəsinə gedərək icra məmurundan fevral ayı üçün nəzərdə tutulmuş aliment pulunu tələb etmişdir. Bundan sonra icra məmuru Şəxs şöbəyə dəvət etmişdir. Şəxs icra şöbəsinə gəldikdən sonra icra məmuru Elşad Cabbarovun xidməti otağında ona bir qəpik pul verməyəcəyini bildirərək onu söyüb təhqir etmişdir. Bundan sonra icra məmuru Eldənizə söyüş söyməməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Eldəniz söyüş söyməyə davam etmişdir. Bundan sonra o, Eldənizin çiyninə əli ilə toxunaraq söyüş söyməməsini bildirmişdir. Eldəniz onun sağ əlini tutub buraraq dırnaqları ilə onun əlinin üstünü cızaraq xəsarət yetirmiş, daha sonra yumruqla sol çiyninə vurmuşdur. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Yevlax rayon icra və probasiya şöbəsinin inzibati binasında keçmiş həyat yoldaşını döyərək ona xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar