Məhkəmə qərarları › İş №3(039)-364/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-364/2020

01.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-364/2020 01.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxsnə döyərək fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 izah etdi ki, Yevlax rayonu Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Tovuz rayonunda müəllim işləyən oğlu Şəxs tərəfindən döyüldüyünü bildirməsi barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax rayonu Aran qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Tovuz rayonunda məktəbdə müəllim işlədiyi üçün əvvəllər Tovuz rayon Çeşməli kəndində həyat yoldaşı X4, azyaşlı uşaqları ilə birlikdə yaşamış, lakin yaşayış şəraiti yaxşı olmadığı üçün 2019-cu ilin sentyabr ayında ailəsi ilə və o, birlikdə Yevlax rayonunda anası Dünyanın yaşadığı evə köçmüşdür. xx xxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə qaldığı otaqda olarkən anası bıçaqla onu nalayiq ifadələrlə təhqir etmiş, o otağa daxil olub Günelə qapını örtməsini bildirmişdir. Arvadı qapını bağladıqdan sonra anası təxminən 15 dəqiqə qapını təpikləmiş və qapını açmadığını görüb çıxıb getmişdir. Təxminən yarım saat sonra Günel həyətə su gətirmək üçün düşərkən anası Zərərçəkmiş şəxs onun arvadının qarşısını kəsərək mübahisə etmiş, o isə bir əli ilə anasının digər əli ilə isə Günelin boğazından itələyib mübahisəni sakitləşdirmişdir. Bundan sonra anası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 idmətinə zəng edib onun barəsində şikayət etmişdir. Hazırda əməlindən peşmandır və anası Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, o, oğlu Şəxs və oğlunun ailəsi ilə birlikdə eyni evdə yaşayır. xx xxxx 2020-ci il tarixdə evinin mətbəxində dəstəyi qara rəngli mətbəx bıçağı ilə soğan doğrayarkən, oğlu anidən gələrək əlləri ilə onun boğaz nahiyəsindən tutaraq boğmağa çalışmış, o da əlindəki mətbəx bıçağını oğluna tərəf uzadaraq “ya məni öldür ya mən özümü öldürəcəm” demişdir. Hazırda oğlu Şəxsla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxx 2020-ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X2 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1982-ci Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs oğu xx xxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəapellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar