Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-365/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X7 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 22.00 radələrində yaşadıqları Yevlax şəhəri, C.Kərimov küçəsində yerləşən evdə ucadan səs-küy salaraq atası X1 təhqir etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin sahə rəisi polis mayoru X9 izah etdi ki, X10 xx xxxxx 2021-ci il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və Yevlax RPŞ-nə müraciət edərək, xx xxxxx 2021-ci il tarixdə saat 22.00 radələrində oğlu Şəxs ev əşyalarını dağıtması, ondan pul istəməsi, münaqişə yaratması və təhqir etməsini bildirərək, oğlu Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, X10 onun atasıdır. Onlar eyni evdə yaşayırlar. Heç bir yerdə işləmir. Əksər hallarda gündəlik xərclərini atası və anası ödəyir. xx xxxxx 2021-ci il tarixdə saat 22.00 radələrində atasından xərcləmək üçün pul istəmişdir. Lakin atası ona pulunun olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və atasının bu hərəkətindən əsəbləşərək küçədə atasının ünvanına nalayiq söyüşlər söymüşdür. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. X2 üzr istəmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X10 izahatında bildirdi ki, Şəxs onun oğludur. Oğlu Sənan heç bir yerdə işləmir və mütamadi olaraq öz xərclərini ödəmək üçün ondan pul tələb edir. xx xxxxx 2021-ci il tarixdə saat 22.00 radələrində Sənan ondan pul istəmişdir. Ona öz xərclərini ancaq ödəyə bildiyini deyib və Sənana pul verməkdən imtina etmişdir. Bu zaman Sənan küçəyə çıxaraq onun ünvanına nalayiq söyüşlər söymüşdür. Hazırda Şəxs ondan üzr istəmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X7 və Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 46-da qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-365/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-365/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver