Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-366/2020 02.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19.30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində “Mahir” aptekin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 19.30 radələrində, Yevlax RPŞ-nin PPXB-nün polis nəfərləri X5 və X1 şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman, bir nəfər şəxsin ictimai yerdə ucadan ünvansız olaraq nalayiq söyüşlər söydüyünü görüb həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən polis əməkdaşları həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər və bu barədə raportla şöbənin rəhbərliyinə müraciət etmişdir. Tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, A.Məmmədov küçəsi, 20 saylı evdə anası ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20.00 radələrində evlərində tək olmuşdur. Evdə olan zaman həyətlərindən səs eşitmişdir. Həyətə baxdıqda bir nəfər mülki geyimli şəxsin hasardan aşaraq onun həyətinə keçdiyini görmüşdür. Bunu gördükdə evdə stolun üstündə olan boşqabı həmin şəxs tərəfə atmışdır. Sonradan bilmişdir ki, evinə gələn şəxs polis əməkdaşlarıdır. Polis əməkdaşları ona heç bir söz demədən onu rayon polis şöbəsinə aparmışdır. Polis Şöbəsində ona üzərində narkotik vasitə saxlamasını və ya at oğurluğunu boynuna götürməsi tələb edilmişdir. Lakin o, etmədiyi əməlləri boynuna almayacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona işgəncə verərək və döyərək bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişlər. Hazırda bədənində və üz nahiyəsində olan xəsarətlər polis əməkdaşları tərəfindən yetirilmişdir. Polis əməkdaşlarının bildirdiyi kimi, xx xxxx 2020-ci il tarixdə H.Əliyev prospektində olmamış, polis əməkdaşlarına qarşı kobudluq etməmiş, heç bir səs-küy salmamış, nalayiq ifadə işlətməmiş və onların qanuni tələblərinə tabe olmamaq kimi hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X6 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 19.30 radələrində, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri X5 ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman, bir nəfər şəxsin ictimai yerdə ucadan ünvansız olaraq nalayiq söyüşlər söydüyünü görüb həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edib onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs spirtli içki qəbul etdiyi üçün polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən onlar həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər və bu barədə o, raportla şöbənin rəhbərliyinə müraciət etmişdir. Polis şöbəsində həmin şəxsin Yevlax şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X3 izahatlarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, polis əməkdaşının qanuni tələbinin nədən ibarət olması əsaslandırılmamış və Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması sübut edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin tövsüfedici əlaməti ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamaqdan ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, Şəxs döyülmə faktı araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs döyülmə faktı araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokurora göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-366/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-366/2020
02.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver