Məhkəmə qərarları › İş №3(039)-366/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-366/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-366/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X6 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, xx xxxxx 2021-ci il tarixdə saat 15.00 radələrində Yevlax şəhəri, Q.Qarayev küçəsi, ev 39-da həyat yoldaşı X1 təhqir etmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Saleh Məmmədov izah etdi ki, ünvan 1 ünvanında atası evində yaşayan X2 xx xxxxx 2021-ci il tarixli ərizəsinin icrası ilə əlaqədar olaraq Polis şöbəsində Şəxs barəsində araşdırma aparılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxx 2021-ci il tarixdə təxminən saat 15.00 radələrində həyat yoldaşı Ülviyyə Şahbazovanın atasının evinə getmiş və bildirmişdir ki, internetdə intim saytların birində həyat yoldaşını görmüşdür. Təkidlə israr etmişdir ki, həmin şəkil həyat yoldaşı Ülviyyəyə məxsusdur. Aralarında mübahisə olmuşdur. Həmin vaxt əsəbləşərək onu söyüb təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izah etdi ki, Şəxs onun həyat yoldaşıdır. O, son zamanlar heç bir səbəb olmadan tez-tez onunla mübahisə edir və evdə səs-küy salır. Bu səbəbdən artıq beş aydır ki, Şəxs ilə ayrı yaşayır və atasının evinə köçmüşdür. xx xxxxx 2021-ci il tarixdə təxminən saat 15.00 radələrində Kamal onların yaşadığı ünvana gəlmiş və bildirmişdir ki, internetdə intim saytların birindən tapmış natamam, dəqiq cizgiləri görünməyən və həmin şəkilin kimə məxsus olması bəlli olmayan bir qadının şəklini göstərərək ona məxsus olmasını iddia edir, güya əxlaqsızdır və bunu ailə üzvlərinə sübüt edəcəkdir. Bu böhtandır və əsassızdır. Heç bir sübütü yoxdur. Bu zaman aralarında münaqişə yaranmışdır, onu söyüb təhqir etmişdir. Aralarında baş vermiş mübahisədən sonra ərizə ilə polisə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ülviyyə Şahbazovanın atasıdır. Şəxs isə bacısı oğludur. xx xxxxx 2021-ci il tarixdə təxminən saat 15.00 radələrində Kamal onların yaşadığı ünvana gəlmiş və bildirmişdir ki, internetdə intim saytların birindən tapmış bir qadının şəklini göstərərərək qızına məxsus olmasını iddia etmişdir. Güya qızı Ülviyyə əxlaqsızdır. Bu zaman aralarında mübahisə baş vermişdir və bunun şahidi olmuşdur. X4 şər və böhtan atmış, onu söyüb təhqir etmişdir. Bu fakt əsassızdır və heç bir sübütu yoxdur. Azərbaycan Respublıikası İXM-nin 510-cu maddəsində əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, şahid X8 və Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Saleh Məmmədovun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1979-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, Yevlax rayonu Aeroport qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar