Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-366/2023 17.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, zərərçəkmiş şəxs X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaramanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:30-da Yevlax rayonu Qaraməmmədli kəndində X5 məxsus tikilməkdə olan ümumi dəyəri 450 manat olan 10 ədəd dəmir barmaqlıları, 210 metr uzunluğunda dəmir boruları və başqa tikinti materiallarını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X7 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:30-da Yevlax rayonu Qaraməmmədli kəndində X5 məxsus tikilməkdə olan ümumi dəyəri 450 manat olan 10 ədəd dəmir barmaqlıları, 210 metr uzunluğunda dəmir boruları və başqa tikinti materiallarını oğurlamışdır. X3 ərizəsi əsasında Yevlax Rayon Polis X2 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 03:30-da Yevlax rayonu Qaraməmmədli kəndində ona məxsus tikilməkdə olan ümumi dəyəri 450 manat olan 10 ədəd dəmir barmaqlıları, 210 metr uzunluğunda dəmir boruları və başqa tikinti materiallarını oğurlanmışdır. Uzun müddət keçməsinə baxmayaraq rayon polis şöbəsinin əməkdaşları ona fermasından xırda talamanı Şəxs etdiyini bildirmişlər və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, rayon polis şöbəsinə gəldikdən sonra Turala oğurluğu hansı şəraitdə, kiminlə və haradan etməsini soruşduqda Tural onun suallarını cavablandıra bilməmişdir. Zərərçəkmiş şəxs həmçinin oğurlanan profillərin hər biri 8 metr 7,2 mm-lik dəmir materialdan olduğunu onlardan yalnız birinin oğurlandığını digərinin isə hadisə yerində olduğunu, bu halın polis əməkdaşları əraziyə baxış keçirərkən çəkdikləri fotoşəkillərlə də sübut olunduğunu bildirmişdir. Bu səbəbdən də hesab edir ki, ona məxsus fermadan oğurluğu Tural etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək düzgün araşdırma aparılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilsə də, sədrlik edənin xırda talamanı hansı ərazidə yerləşən fermadan və nə formada etməsi, nələri oğurlaması sualına cavab olaraq oğurluğu Qaraoğlan kəndi ərazisində olan fermadan etdiyini, həmin yerdən hər birinin uzunluğu 2,5 metr olan 10 ədəd dəmir barmaqlıqlar, hər birinin uzunluğu təxminən 4-5 metr olan, ümumi 210 metr uzunluğunda 0,32 və 0,25 diyametrlik borular və hər birinin uzunluğu 8 metr olan 2 ədəd nazik dəmir materialdan olmayan profillər oğurladığını, sözügedən dəmir profilləri əli ilə iki hissəyə əyərək təklikdə tanışına məxsus nömrəsini xatırlamadığı Vaz 2107 markalı avtomobilə yükləyərək oğurladığını bildirmişdir. Bundan sonra Şəxs ziddiyətlı izahat verərək İlham Rəhimova məxsus fermadan oğurluğu onun etdiyini hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 şikayəti əssında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir; MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:30-da Yevlax rayonu Qaraməmmədli kəndində X5 məxsus tikilməkdə olan ümumi dəyəri 450 manat olan 10 ədəd dəmir barmaqlıları, 210 metr uzunluğunda dəmir boruları və başqa tikinti materiallarını oğurlamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs X5 məxsus tikilməkdə olan ümumi dəyəri 450 manat olan 10 ədəd dəmir barmaqlıları, 210 metr uzunluğunda dəmir boruları oğurlaması öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs etirafını əsas götürərək Şəxs xırda talama inzibati xətasını törətməsini bildirsə də, bu halı sübut edəcək başqa hər-hansı bir dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli izahatlar, oğurluq edilən fermanın yerləşdiyi ərazini yanlış bildirməsi (Yevlax rayonunun Qaraoğlan kəndi Mingəçevir şəhəri istiqamətində, Qaraməmmədli kəndi isə Tərtər rayonu istiqamətində yerləşir) oğurlanan əşyaları tam təsvir edə bilməməsi (Şəxs 2 ədəd dəmir materialdan olmayan profilləri əli ilə iki hissəyə əyərək oğurladığını bildirsə də, zərərçəkmiş həmin profillərin 7,2 mm-lik dəmir materialdan olduğunu və onlardan yalnız birinin oğurlandığını qeyd edir) sözügedən inzibati xətanın onun tərəfindən törədilməsi halını təsdiq etmir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-366/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-366/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver