Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-369/2023 31.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi, vergi xidməti müşaviri X2 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi Elnur Teymurov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, həqiqətən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin sahibliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi barədə məktub İdarəyə ünvanlanmışdır. Lakin, həmin məktub buna səlahiyyəti olan şəxsə təqdim edilməmişdir. Bu səbəbdən həmin məlumatın 5 gün müddətdə təqdim edilməsi texniki problemlərlə bağlı mümkün olmamışdır. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Elektron portal çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məxsus “Fiat Doblo” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələbi pozulmuşdur və bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə: 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “Fiat Doblo” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməsi tələb edilmiş, xx.xx.2023-cü il tarixdə sorğu “Məmmədov” soyadlı şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul edilsə də, göndərilmiş sorğuya cavab verməyə səy belə göstərilməyərək laqeydlik göstərilmiş və səhlənkar yanaşılmışdır. Bununla da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-369/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-369/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver