Məhkəmə qərarları › İş №3(039)-373/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-373/2020

03.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-373/2020 03.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxsn;n xx xxx 2020-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmad;ğından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, ailəsi ilə birlikdə Ucar rayonu, Qazıqumlaq kəndində yaşasa da, mütamadi olaraq ərzaq alış-verişi üçün Yevlax bazarına gəlirlər. xx xxx 2020-ci il tarixdə həmişəki kimi arvadı SevincHüseynova ilə birlikdə Yevlax bazarına gəlib alış-veriş etdikdən sonra arvadı SevincHüseynova ona Yevlax şəhərində yaşayan anasıgilə getmək istədiyini bildirmişdir. Bundan sonra onlar SevincHüseynovanın anasıgilə getmişlər. Onların iki övladları var və onun biri xəstə olduğundan SevincHüseynovanın anası Bərdə şəhərində yeni bir həkim tapdığını və həftənin bazar ertəsi günü həkim qəbuluna getmək lazım olduğunu bildirdi. O, arvadı SevincHüseynovaya hələ bazar ertəsinə 3 gün vaxt qaldığını bildirərək öz evlərinə qayıtmağı və yenidən həkimə getmək üçün bazar ertəsi Yevlax şəhərinə gəlib SevincHüseynovanın anasını götürərək Bərdə şəhərinə həkimin qəbuluna getməyi bildirdikdə arvadı SevincHüseynova iki gündən ötəri yol gedib gəlməmək üçün Yevlax şəhərində qalmağı bildirmişdir. Bu səbəbdən aralarında mübahisələri olmuş və onu istəməyərək vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını bildirərək iş üzrə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun əridir. xx xxx 2020-ci il tarixdə Yevlax şəhərində anası evində olan zamanŞəxs ilə mübahisələri olmuşdur. Nəticədə Şəxs onun üzündən bir dəfə şillə vurub, qolunu buraraq yerə yıxmışdır. Hazırda Şəxs heç bir şikayətinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil çıxışında tərəflərin barışmaqlarını nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsində verilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar