Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-375/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1946-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə yaşadıqları evdə aralarında yaranmış münaqişə zamanı oğlu Zərərçəkmiş şəxs söyüb təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, mayoru X2 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə yaşadığı mənzildə oğlu Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və nəticədə onu həmin evdə ucadan söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Zərərçəkmiş şəxs ərizəsi əsasında Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və uzun müddətdir ki, narkotik istifadəçisidir. xx xxx 2020-ci il tarixdə yaşadığı mənzildə oğlu Zərərçəkmiş şəxs ilə həmişəki kimi aralarında mübahisələri olmuşdur. O, oğlu Zərərçəkmiş şəxs evdən qovmaq istəsə də, Zaur yenə də ucadan səs-küy salmağa davam etmişdir. Bundan sonra Zaur evdən qovulmamaq üçün “102” qaynar xəttinə zəng edərək yalandan onu ölümlə hədələməsi barədə məlumat vermişdir. O, Zauru hədələmədiyini bildirmişdir. Bundan əlavə olaraq o, ictimai asayişi pozmadığını və mübahisələrinin evdə baş verdiyini bildirmiş və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Şəxs onun atasıdır və bir evdə yaşayırlar. O, uzun illərdir ki, narkotik alidəçisidir. xx xxx 2020-ci il tarixdə yaşadığı mənzildə narkotik istifadə etdiyini görə həmişəki kimi atası ilə aralarında mübahisələri yaranmışdır. Nəticədə atası onu yaşadığı evdən qovmaq istəmişdir.Bu səbədən o, polisə zəng edərək atasından şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə yaşadıqları evdə aralarında yaranmış münaqişə zamanı oğlu Zərərçəkmiş şəxs söyüb təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs, həmdə şahid Zərərçəkmiş şəxsverdiyi izahatlardan xx xxx 2020-ci il tarixdə Yevlax şəhərində Şəxsla Zərərçəkmiş şəxs arasında mübahisənin baş verməsi müəyyən olunsa da, Şəxs tərəfindən yaşayış evindən kənar Zərərçəkmiş şəxs təhqir etməsinə dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Şəxs tərəfindən xx xxx 2020-ci il tarixdə yaşayış evində Zərərçəkmiş şəxs ünvanına təhqiramiz ifadələrin işlətməsindən ibarət hərəkətləri şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Lakin Zərərçəkmiş şəxs atası Şəxsla yaşadıqları evdə aralarında yaranmış narazıçılıq xırda xuliqanlıq hesab edilə bilməz. Həmçinin, ata-oğul arasında baş vermiş mübahisənin ətrafdakılara və ictimai qaydaya münasibətdə törədilən hərəkətlərə keçməsi iş materialları və şahid ifadəsi ilə müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-375/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-375/2020
04.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver