Məhkəmə qərarları › İş №3(039)-377/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-377/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-377/2024 04.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin inspektoru, polis baş serjantı X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİnin rəisi X9 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 600 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X3 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 280-ci km Ford yük markalı ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi tələbini pozmuşdur. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin polis polkovniki X8 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə X3 600 manat məbləğində cərimə edilmişdir X3 məhkəmə iclasında çıxış edərək,qəbul edilən protokolun və qərarın ədalətli olmadığını yük maşınını başqa yerdə tərəzi ilə çəkdiyini və işə əlavə etdiyi qəbzləri məhkəmə iclasına təqdim etmişdir. X3 tərəfindən təqdim edilən qəbzlər əsassızdır. Belə ki yük maşının çəkisi ilə bağlı təqdim edilən qəbzlərin düzgünlüyünü təsdiq edən möhürlər vurulmamışdır. Səlahiyyətli orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək, bildirmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 280-ci kmdə Ford yük markalı ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi tələbini pozmuşdur. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin polis polkovniki X8 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə X3 600 manat məbləğində cərimə edilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİnin rəisi X9 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin tərəzi məntəqəsi tərəfindən təqdim edilmiş **********001 nömrəli qəbzdə görünür ki yük maşınının ümumi çəkisi 33260 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin tərəzi məntəqəsi tərəfindən təqdim edilmiş **********001 nömrəli qəbzdə görünür ki yük maşınının ümumi çəkisi 33260 kq olmuşdur. X1, şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də,onun əməlinin təqsirliyi Azərbaycan Respublikası DİN BDYPİ-nin tərəzi məntəqəsi tərəfindən təqdim edilmiş **********001 nömrəli qəbz ilə təsdiq olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar