Məhkəmə qərarları › İş №3(039)-378/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-378/2020

04.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-378/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyytatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 3(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmiş və həmin cəriməni ödəməmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi icraata xx xxxxxxxx 2015-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclunun yaşadığı ünvanına bildiriş göndərilsə də, borclu qeydiyyat ünvanında yaşamadığı üçün bildirişi borcluya 2020-ci ildə təqdim etmişdir. Bundan sonra borcluya kifayət qədər vaxt verilsə də Şəxs hal-hazırkı müddət ərzində icra sənədi üzrə müəyyən edilmiş tələbi yerinə yetirməmiş və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmış, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görməmişdir. Borclu Şəxs xx xxxx 2020-ciil tarixdə şöbəyə dəvət olunmuş, barəsində çıxarılmış icra sənədi üzrə izahatı alınmış və Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 3(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən 500 manat inzibati cərimənin dövlət nəfinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Şəxs tələbin təmin olunması bildirilsə də, Şəxs heç bir yerdə işləmədiyi üçün ona təyin olunmuş cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir.Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə 500 manat miqdarında cərimə borcunun olması barədə 2020ci ildə məlumatlı olduğunu, lakin hazırda heç bir yerdə işləmədiyindən cəriməni ödəyə bilməyəcəyini bildirərək, barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 3(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir; İcraata başlama haqqında xx xxxxxxxx 2015-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 3(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 3(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmiş və həmin cəriməni ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 33(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Yevlax Rayon Məhkəməsinin 3(039)-582/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərarının icrasına xitam verilsin. Qərarın icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar