Məhkəmə qərarları › İş №3(039)-378/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-378/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-378/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs- xx.xx.1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ailəli,orta təhsilli, işləməyən, Yevlax şəhəri A.Məmmədov küçəsi ev 55-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Yevlax Rayon Polis X3 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, 29 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılırması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşə əlavə edilmiş 26 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmiş, Şəxs cəriməni ödəmədiyi üçün həmin cərimənin üzərinə 21 manat 20 qəpik məbləğində peniya hesablanaraq 61 manat 20 qəpik məbləğində olmuşdur. Şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzin surətindən görünür ki, o, 61 manat 20 qəpik məbləğdə cərimə borcunu tam şəkildə müfaviq bank hesabına ödəmiş və hal-hazırda qalıq borcu qalmamışdır. 767042062 №-li, 06 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs 61 manat 20 qəpik məbləğində cərimə borcunu tam şəkildə müfaviq bank hesabına ödəmiş və hal-hazırda qalıq borcu qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin mənasından görünür ki, inzibati xəta törətmiş şəxs məhkəmə qərar çıxarana kimi cərimə məbləğini və dəbbə pulunu tam şəkildə ödəyərsə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə hesab edir ki, yuxarıda şərh edilən normaya əsasən Şəxs təyin edilmiş inzibati cərimə borcunu məhkəmə qərar çıxarana kimi tam şəkildə müvafiq bank hesabına ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməkdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar