Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-379/2022 08.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ İş № 3(039)-380/2022 Q Ə R A R İ 08 aprel 2022-ci il Yevlax şəhəri Yevlax Rayon Məhkəməsi Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 119-da yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, Şəxs 15 mart 2022-ci il tarixdə Yevlax şəhəri Axundov küçəsi ev 50-də yaşayan X2 həyətindən 11 ədəd toyuqlarını və 21 mart 2022-ci il tarixdə X5 məxsus evin həyətindən 10 ədəd toyuq oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, Yevlax şəhəri Axundov küçəsi ev 50-də yaçayan X9 15 mart 2022-ci il tarixdə saat 16:55 radələrində Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-X19 zəng edərək, ona məxsus evin həyətindən 11 ədəd ev quçunun oğurlanması barədə məlumat vermiş və ünvan 1 ünvanında yaşayan X12 21 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti- X19 zəng edərək, ona məxsus evin həyətindən 10 ədəd ev quçunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X7 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X8 24 mart 2022-ci il tarixli və 28 mart 2022-ci il tarixli qərarları ilə toplanmış material üzrə törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalara görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, müxtəlif vaxtlarda, yəni 15 mart 2022-ci il və 21 mart 2022-ci il tarixlərdə müxtəlif evlərdən ümumilikdə 21 ədəd toyuq oğurlamışdır. Oğurladığı toyuqları tanımadığı şəxslərə satmışdır. Oğurluq etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Əməlindən səmimi olaraq peşmandır. X13 məhkəmə iclasında şahid qismində dindirilərkən izahatında bildirdi ki, X12 onun arvadıdır. Şəxs ona məxsus olan evdən 10 ədəd toyuq oğurlamışdır. Gülnar İbrahimova bu barədə DİN-nin 102 xidməti X19 zəng edərək bu barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona təxminən 80-90 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X9 ilə əlaqə saxlanılmış və o, məhkəmə icalsına gələ bilməyəcəyini, ona dəymiş 100 manat məbləğində ziyanın bu günə kimi ödənilmədiyini bildirmişlər. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir 07 aprel 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 07 aprel 2022-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 07 aprel 2022-ci iltarixdən saat 18:30-dan hesab edilsin. Şəxs 100 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X6 ödənilsin. Şəxs 90 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X5 ödənilsin. Qərarın icrası Yevlax rayon Polis şöbəsinə həvalə edilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X1 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən X10 törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 www.yevlakhcourt.gov.az Elektron ünvan 06 fevral 2019-cu il İş № 3(039)- 125/2019 Yevlax rayon Polis Şöbəsinin rəisi Vəzifəsini müvəqqəti icra edən polis mayoru cənab Farid Vəliyevə Hörmətli Farid müəllim Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Yevlax rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 3(039)-125/2019 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti. Hörmətlə, Məhkəmənin hakimi: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-379/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-379/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver