Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-379/2023 26.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ifadəsində göstərmişdir ki, o, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2022-ci ilin iyun ayında şərti olaraq azadlığa buraxılmış, o, cəzasını 2022-ci ilin dekabr ayında tam olaraq çəkib bitirmişdir. O, narkotik vasitə qurudulmuş marixuanadan və narkotik vasitə olan metadondan istifadə edir. O, 01 mart 2023-cü il tarixdə saat 11:30 radələrində yaşadığı evin yerləşdiyi küçədə, yəni Yevlax şəhəri Koroğlu küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər və onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Yevlax RPŞ-də onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ona müdafiəçi təyin edilmişdir. Həmin günü, yəni 01 mart 2023-cü il tarixdə Yevlax RPŞ-də vəkili X1 iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd narkotik vasitə olan metadon həbi və 02 ədəd bükümdə olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun üzərindən hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-də onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan metadon həbi ona məxsusdur. xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ola qurudulmuş marixuananı və narkotik vasitə olan metadon həbini 28 fevral 2023-cü il tarixdə axşam saat 18 radələrində yaşadığı evin yerləşdiyi küçədə, yəni Yevlax şəhəri Koroğlu küçəsində piyada hərəkətdə olan zaman yerdən tapmışdır. Belə ki, o, yerdə ağ rəngli siqaret qutusunun olduğunu görmüş və həmin qutunu götürərək açıb içərisinə baxdıqda qutunun içərisində 02 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd narkotik vasitə olan metadon həbinin olduğunu görmüş və istifadə etmək üçün həmin narkotik vasitələri cibinə qoymuş və siqaret qutusunu yerə atmışdır. O, xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ola qurudulmuş marixuananı və narkotik vasitə olan metadon həbini özü istifadə etmək üçün saxlamışdır. O, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Həmçinin həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuanadan və narkotik vasitə olan metadon həbindən heç kimə satmamışdır. Həmçinin həmin narkotik vasitələrdən hər hansısa bir şəxsə pay olaraq və yaxud da ki, maddi nemət qarşılığında verməmişdir. Onun üzərində narkotik vasitələr olması barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X4 çıxış edərək bildirmişdir ki, xx.xx.1984-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətində azadlıqdan mərum etmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında əldə edib, saxlamışdır.Belə ki, Şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 1,079 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 01 mart 2023-cü il tarixdə saat 11:30 radələrində Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Koroğlu küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 12:10-dan saat 12:45-dək olan müddətdə müdafiəçisinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Şəxs əynindəki gödəkçənin sağ yan cibindən onun qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib saxladığı 1,079 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-77/2020 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-443/2022 nömrəli qərarına əsasən Şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmişdir. Yevlax rayon məhkəməsinin icraatinta Şəxs barəsində 1(039)-103/2023 saylı Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X3 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20(iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin Həbsetmənin əvvəli 26 may 2023-cü il tarixdən saat 16:15-dən hesablansın Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-379/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-379/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver