Məhkəmə qərarları › İş №3(039)-380/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-380/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-380/2023 26.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis polis mayoru X3, zərərçəkmiş şəxs X1 inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Yevlax rayonu Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 26 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radalərində Yevlax şəhəri Pişəvəri küçəsində vətəndaş X2 ictimai yerdə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radalərində Yevlax şəhəri Pişəvəri küçəsində vətəndaş X2 ictimai yerdə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, Ramin Mustafayev onun bacısı oğlu olduğunu,xx.xx.2023-cü il tarixdə gecə saatlarında təxminən 23 radələrində sərxoş vəziyyətdə olara gəldiyini,onunla mubahisə etdiyini,mübahisə böyüməsin deyə onu küçəyə çıxartdığını,mübahisənin çöldə davam etdiyini,onun ünvanına nəlayiq ifadələr işlətsədə o,Ramin Mustafayevi döymədiyini,hec bir xəsarət yetirmədiyini,Ramin Mustafayev sərxoş olduğu üçün özü yıxılaraq xəsarət aldığını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, Şəxs onun dayısı olduğunu,dayısının anasına 100 manat oğlunun isə ona 20 manat borclu olduğu üçün borcu istəmək niyyəti ilə xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə getdiyi,evə çatan zaman dayısı Rövşənin əlində taxta parçası ilə dayandığını gördüyünü,olara borcunu istəmək üçün gəldiyini,bu zaman dayısı Rövşən əlindəki taxta parçası ilə bədənini müxtəlif bədən nahiyələrinə zərbələr endirərək xəsarət yetirdiyini,ünvanına nəlayiq ifadələr işlətdiyini, Şəxs barəsində protokol tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməyinə etiraz etdiyini,Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli HK-1/710 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Yevlax rayon prokurorluğuna şikayət etdiyini,həmin şikayətə Yevlax rayon prokurorluğunda baxıldığını, Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli HK-1/710 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilərək yenidən araşdırılması üçün Yevlax rayon polis şöbəsinə göndərildiyini,bu səbəbdən də həmin işə İXM-nin 510 madəsinin sanksiyasında baxılmasını mümkünsüz hesab edildiyini bildirərək yenidən araşdırılması üçün Yevlax Rayon Polis şöbəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radalərində Yevlax şəhəri Pişəvəri küçəsində vətəndaş X2 ictimai yerdə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar