Məhkəmə qərarları › İş №3(039)-382/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-382/2020

09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-382/2020 09.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixd yaşadıqları evdə qızı Firuzə və onun az yaşlı uşağını ailə münaqişəsi zəmnində döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, Yevlax şəhəri 32-ci məhəllə, bina 5, məhəllə 15-də yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin 102 xidmətinə müraciət edərək atası Novruzun onu və az yaşlı uşağını döyməsi barədə məlumat vermişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxx 2020-ci il tarixdə axşam saatlarında içkili vəziyyətdə evə gələn zaman evdə qızı ilə aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı o, qızı Firuzə Mustafayevanı döymüşdür. Bundan sonra qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib onun barəsində şikayət etmişdir. Hazırda əməlindən peşmandır və qızı Firuzə Mustafayeva ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Firuzə Mustafayeva ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izah etdi ki, xx xxx 2020-ci il tarixdə axşam saatlarında atası Novruz evə sərxoş vəziyyətdə gəlmişdir. Həmin vaxt uşağı qucağında olmuşdur. Atası Novruz uşağın boş beşiyinə təpik vurub aşırtmışdır. Anası Təranə atası Novruza irad bildirmişdir ki, az iç, az mübahisə etsə də, həmin an atası Novruz anasının üstünə cummuş, o da qucağında uşaq araya girmişdir. Atası da evdə onu söymüş, o da atasının söyüşlərini özünə qaytarmışdır. Bu vaxt atası Novruz sillə və yumruqla onu döymüşdür. Həmin an atasının əli körpə uşağına dəysə də, lakin həmin uşaq heç bir xəsarət almamışdır. Atası onu döydüyü üçün xx xxx 2020-ci il tarixdə 102 xidmətinə məlumat vermişdir. Hazırda atası Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxx 2020ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X4 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X2 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxx 1970-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri 32-ci məhəllə, ev 5/5-də yaşayan Şəxs oğu xx xxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəapellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar