Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-382/2022 08.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Zərər çəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun və onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 21 fevral 2022-ci il tarixdə həyat yoldaşı X7 döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yaşayan X10 21 fevral 2022-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək əri Şəxs onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırılma aparılmış, lakin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xətasının tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xətanın tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmasına üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə Yevlax Rayon Polis X2 Bölməsinə təqdim edilmişdir. Qərara əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, 21 fevral 2022-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında arvadı Leyla Hüseynova ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Leyla Hüseynovanı şillə ilə vurmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X10 bildirmişdir ki, 21 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman əri Şəxs ilə araılarında mübahisə yaranmış, mübahisə zamanı əri Şəxs onu döymüşdür. . Bundan sonra o, DİN-in 102 Xidməti Zəng Mərkəzi Sisteminə və Yevlax Rayon Polis Şöbəsinə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş etdi. Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 21 fevral 2022-ci il tarixli, 132 saylı rəyində göstərilmişdir ki, X6 bədən səthində aşkar edilmiş xəsarət sağ bazunun aşağı 1/3-nin iç səthinin, hər iki budun qançırı, burun belinin şişkinliyi və qançırı aşkar edilmişdir. Əmələ gəlmə müddəti 13 iyun 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafedici izahatı, zərər çəkmiş şəxs Leyla Hüseynovanın ifadəsi, “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 21 fevral 2022-ci il tarixli, 132 saylı rəyi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdilən və ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 aprel 2022-ci il tarixdən saat 16:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-382/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-382/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver